Məhkəmə qərarları › İş №3(042)-286/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-286/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-286/2022 10.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs X5 və qərarından şikayət verilmiş şəxs Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X4 iştirakı ilə, Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X4 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X5 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 İXM-in 330.0 və 342.2.4-cü maddələri ilə tərtib olunmuş protokola görə 150 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X4 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2022-ci il tarixdə idarə etdiyi **-BR-*** dövlət qeydiyyat nişanlı “Vaz 21099” markalı avtomobillə Şəmkir şəhəri H. Aslanov küçəsi ilə hərəkətdə olarkən yol patrul avtomobilini idarə edən patrul əməkdaşı X2 əmri vermiş və o, avtomobili saxlamışdır. N.Bayramov avtomobili saxladıqdan sonra yerə düşməməsinə görə ona iradını bildirmiş, o isə, N.Bayramova avtomobilə yaxınlaşaraq özünü təqdim etməsinin onun vəzifəsi olduğunu izah etməyə çalışmışdır. Bundan sonra isə N.Bayramov ona piyada keçidində keçmək istəyən piyadaya yol vermədiyini və avtomobilin yan şüşəsinə qanunla icazə verilməyən örtüklərin (plyonkanın) çəkildiyini bildirmişdir. Bundan sonra N.Bayramov onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək 150 manat məbləğində cərimə etmişdir. O isə bununla razılaşmamışdır. N.Bayramov yan şüşəyə hər hansı örtüyün çəkilməsini xüsusi avadanlıqla deyil göz görünüşü ilə müəyyən etmişdir. Onun barəsində əsassız olaraq cərimə edilməsi barədə protokol tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə X5 idarə etdiyi **-BR-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21099” markalı avtomobilə piyada keçidindən keçmək istəyən piyadaya yol verməməsinə görə saxla əmri vermişlər. Q.Qədirov avtomobili saxladıqdan sonra nəqliyyat vasitəsinin ban şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi müəyyən edilmişdir. Ona görə də, X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 330.0 və 342.2.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin rədd edilməsini və qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və toplanmış materialı araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X4 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 330.0 və 342.2.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 150 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0, 330.0.1 və 330.0.2ci maddələrinə əsasən, sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya, yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X4 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X5 İXM-in 330.0 və 342.2.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 150 manat məbləğində cərimə edilməsini qərara almışdır. X9 barəsində olan qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X9 onun barəsində cərimə edilməsi əsassız olaraq protokol tərtib edilərək qərar qəbul edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də, X9 məhkəmə iclasında avtomobilin yan şüşəsində plyonkanın (örtüyün) olmasını təkzib etməmiş, sadəcə avtomobilin şüşəsində plyonkanın olmasını müəyyən edərkən polis əməkdaşının hər hansı xüsusi avadanlıqdan istifadə etməməsini mübahisələndirmişdir. Qərardan şikayət vermiş şəxsin bu izahatı isə həmin qərarın ləğv edilməsinə əsas vermir. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X1 Qahir Şərif oğlunun əməlində İXM-in 330.0 və 342.2.4-cü maddələrinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X5 şikayəti təmin edilməməli, Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X4 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Şəmkir rayon Polis şöbəsinin DYPB-nin əməkdaşı polis baş leytenantı X4 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar