Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-286/2024 21.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X1 və X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, bundan əvvəl Gürcüstan Respublikasında mənimsəmə cinayətinə görə məhkum olunmuş və 10 il 6 ay müddətinə həbsdə olmuşdur. Həmçinin ruhi-əsəb xəstəliyinə görə müalicə müəssisəsində olmuşdur. Əlilliyi yoxdur. O, balıq məhsulu satışı ilə məşğul olur. O, Tovuz rayonundan balıq alıb gətirib Gədəbəy rayonunun kəndlərində satır. Ailəlidir. Bir yetkinlik yaşına çatmayan övladı var. O, heç bir səs-küy salmamış və polisə tabesizlik göstəməmişdir. Zərərçəkmiş şəxsləri ilk dəfədir ki görür. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmişlər və o da avtomobilə oturaraq polis şöbəsinə getmişdir. O, səs-küy salmamış və tabsizlik göstərməmişdir. Həmçinin onun nə üçün saxlanılmasından xəbəri olmamışdır. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu ərazisində baş vermiş oğurluq hadisəsinə görə Musayev X6 rayon Polis şöbəsinin inzibati binasına dəvət olunmuşdur. Polis şöbəsinin inzibati binasında Şəxs oğurluq hadisəsində əlaqəsinin olmadığını və izahat verməyəcəyini bildirərək səs-küy salmağa başlamışdır. Onlar Şəxs hüquqi izahlar verərək nizam-intizama dəvət etmişlər. Lakin Şəxs ünvansız nalayiq ifadələr işlədərək hərəkətlərini davam etdirmiş və nəticədə şöbənin iş rejimini 10-15 dəqiqə ərzində pozmuşdur. Həmçinin Şəxs tərəfindən polis şöbəsinin Növbətçi Hissəsinin qarşısında işlətdiyi ifadələr əxlaqi normalara uyğun gəlmədiyinə görə məhkəmə iclasında açıq-aydın deyə bilmir. Şəxs nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında X3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs heç bir səs-küy salmadığını və polis əməkdaşlarına tabesizlik göstərmədiyini bildirir. Həmçinin bunu təsdiq edən video görüntülər təqdim edilməmişdir. Hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmmaqla ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 20 oktyabr 2024-cü il tarixdə saat 20:57 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 gün müddətinə həbs inzibati tənbehi təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 oktyabr 2024-cü il tarix, saat 20:57-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-286/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-286/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver