Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-287/2024 19.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 354.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında Gədəbəy rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə R-22 Şəmkir Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 33 km-də "xxxx" ASC tərəfindən müvafiq icazə olmadan avtomobil yolunda kommunikasiya xətti (elektrik xətti) çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmasına görə Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidməti "xxxx" ASC-nin İXM-in 354.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Xidmətin bölgə rəisi X5 tərəfindən R-22 Şəmkir - Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 33-cü km hissəsində (Gədəbəy rayonu, Slavyanka kəndi) avtomobil yolunun hərəkət hissəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması, yəni müvafiq icazə almadan kommunikasiya xətti (elektrik xətti) çəkərək inzibati xəta hadisəsinə yol verildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələblərinin pozulması səbəbindən, "xxxx" ASC-nin barəsində 11 oktyabr 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilən hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsi üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, inzibati xəta haqqında işdə iştirak edən şəxsi dinləyib, belə nəticəyə gəlir ki, Azərişıq” ASC-nin əməli İXM- 354.0.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, inzibati xəta üzrə iş materialda olan 11 oktyabr 2024-cü il tarixdə Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidməti tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə R-22 Şəmkir Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 33 km-də "xxxx" ASC tərəfindən müvafiq icazə olmadan avtomobil yolunda kommunikasiya xətti (elektrik xətti) çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmasına görə "xxxx" ASC-nin barəsində İXM-in 354.0.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materialda olan 11 oktyabr 2024-cü il tarixli aktlardan görünür ki, R-22 Şəmkir Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 33 km-də Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində "xxxx" ASC tərəfindən müvafiq icazə olmadan avtomobil yolunda kommunikasiya xətti (elektrik xətti) çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozması aşkar edilmişdir.Görülmüş işin -qazıntı işinin uzunluğu 47 mert, eni 0.60 mert, dərinliyi 0.70 metr olmaqla asfalt örtük qazılaraq kommunikasiya xətti (elektirik xətti) keçirilmişdir. İnzibati xəta üzrə iş materialda olan foto şəkillər və CD diskdən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində avtomobil yolunun kənarında "xxxx" ASC-nin əməkdaşları tərəfindən qazıntı işləri aparılmışdır. Beləliklə, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində R-22 Şəmkir Gədəbəy respublika əhəmiyyətli avtomobil yolunun 33 km-də "xxxx" ASC tərəfindən müvafiq icazə olmadan avtomobil yolunda qanunsuz qazıntı işləri aparılmaqla kommunikasiya xətti (elektrik xətti) çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozması inzibati xəta haqqında material ilə sübuta yetirilir və o İXM-nin 354.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsinə əsasən, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs "xxxx" ASC-ə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" ASC, 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-287/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-287/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver