Məhkəmə qərarları › İş №3(042)-288/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-288/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-288/2023 01.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, X12 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 inzibati tənbeh verilmə haqqında 20 iyul 2023cü il tarixli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 inzibati tənbeh verilmə haqqında 20 iyul 2023-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X18 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki,o, Gədəbəy Şəhəri 4 saylı Ümumi Orta Məktəbində direktor vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 inzibati tənbeh verilmə haqqında 20 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respubklikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 3000 manat inzibati qaydada cərimə edilmişdir. Barəsində olan qərar qanunsuzdur. Məktəbdə ingilis dili müəlliməsi işləyən X10 üzrsüz səbəblərdən işə çıxmaması halları olmuşdur. Əmək müqavilələri yeniləndiyinə görə 09 fevral 2023-cü il tarixdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və o, işə bərpa edilmişdir. X17 şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyinə görə və məlumatların portala salınması mümkün olmadığına görə onunla elektron əmək müqaviləsi bağlanmamışdır. Fəridə Şirinova yalnız 2023-cü ilin iyun ayında şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onunla elektron əmək müqaviləsi bağlanılmışdır. Bununla belə işə çıxmadığına görə və işə çıxdığı günlərdə belə əmək vəzifələrini yetinə yetirməmiş, 17 may 2023-cü il tarixdə etibarən ona əməkhaqqı ödənilməsi dayandırılmışdır. O, ailənin yeganə dolandıranıdır. X8 iştirak etmişdir. Ona görə də barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 nümayəndəsi X13 izahat verərək bildirmişdir ki, 20 iyul 2023-cü il tarixdə məktəbdə ingilis müəlliməsi işləyən X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə görə X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci madəsi ilə 3000 manat cərimə olunması qərarı alınmışdır. Qərar qanunidir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 inzibati tənbeh verilmə haqqında 20 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, məktəbdə ingilis müəlliməsi işləyən X4 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə X14 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan Gədəbəy Şəhər 4 saylı Ümumi Orta Məktəb üzrə 30 noyabr 2022-ci il tarixli 51 saylı Əmrdən Çıxarışdan görünür ki, X10 21 noyabr 2022-ci il tarixdən işə davam etmədiyinə görə ona əmək haqqı ödənilməsi dayandırırılmışdır. İşdə olan Gədəbəy Şəhər 4 saylı Ümumi Orta Məktəb üzrə 09 fevral 2023-cü il tarixli 08 saylı Əmrdən Çıxarışdan görünür ki,X1 xəbərdarlıqla şiddətli töhmət elan edilmiş və o, işə bərpa edilmişdir. İşdə olan Gədəbəy Şəhər 4 saylı Ümumi Orta Məktəb üzrə 17 may 2023-cü il tarixli 14 saylı Əmrdən Çıxarışdan görünür ki, X2 jurnallarını yazmadığına və məktəb direktorunun Gədəbəy Rayon Təhsil Şöbəsinin müdirinə ünvanlandığı məktuba cavab verilmədiyinə görə 01 may 2023-cü il tarixdən etibarən əməkhaqqı ödənilməsi saxlanılmışdır. İşdə olan 21 noyabr 2022-ci il, 22 noyabr 2022-ci il, 23 noyabr 2022-ci il, 28 noyabr 2022-ci il, 28 noyabr 2022-ci il, 29 noyabr 2022-ci il, 30 noyabr 2022-ci il,10 may 2023-cü il, 15 may 2023-cü il, 17 may 2023-cü il, 30 may 2023-cü il, 31 may 2023-cü il 05 iyun 2023-cü il, 06 iyun 2023-cü il tarixli Aktlar və Gədəbəy Şəhər 4 saylı Ümumi Orta Məktəbin direktoru X12 Gədəbəy Rayon Təhsil Sektorunun müdiri Elməddin Zeynalova ünvanladığı 14 aprel 2023-cü il, Təhsil İşçiləri Gədəbəy Rayon Komitəsinə ünvanladığı 24 may 2023cü il, ünvan 4 ünvanladığı 24 may 2023-cü il tarixli, ünvan 4 ünvanladığı 23 iyun 2023-cü il tarixli, Təhsil İşçiləri Gədəbəy Rayon Komitəsinə ünvanladığı 23 iyun 2023-cü il tarixli müraciətlərdən görünür ki, X10 faktiki olaraq, işə cəlb edilməmiş, əmək vəzifələrini yerinə yetirməmişdir. İşdə olan Vəsiqələrin surətlərindən görünür ki, X18 müharibə veteranıdır və İİİ qrup əlilliklə əlaqədar pensiya alır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 20 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7 işlərin yerinə yetirilməsinə cəlb etdyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X10 ilə bağlanılmış əmək müqaviləsi onun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyinə görə portala salınmamışdır. Bundan başqa, X11 əslində faktiki olaraq işlərə cəlb edilməmiş, o, dəfələrlə işə çıxmamış, işə çıxdığı halda isə heç bir əmək funksiyasını yerinə yetirməmiş, şikayət verən şəxs onunla əmək müqaviləsinə xitam verilməsi üçün səlahiyyətləri daxilində tədbirlər görməyə çalışmışdır. Ona görə də şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz Regional 20 iyul 2023-vü il tarixli inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz Regional X3 barəsində çıxarılmış 20 iyul 2023-cü il tarixli inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar