Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-29/2021 16.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X16 ƏƏSMnin yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 14.12.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X16 ƏƏSM-nin yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 14.12.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X16 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəmkir regional ərazi şöbəsinin MN ******* №-li 28 oktyabr 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, barəsində 3000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərar Gədəbəy rayon prokuroru, İ dərəcəli hüquqşünas Əli Babayev tərəfindən qəbul edilmiş 23 oktyabr 2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” qərarı əsasında qəbul edilmişdir. Həmin vaxt qardaşı X8 işlədiyi dəmir alqı satqısı həyata keçirdiyi dükana gəlmişdir. O, qardaşına dükana kiminsə gəliş gedişinə nəzarət etməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Gədəbəy Rayon Prokurorluğunun əməkdaşları guya onun qardaşının əmək müqaviləsi bağlamadan işə götürməsini əsas gətirərək, “inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” qərar qəbul edərək, ƏƏSM-nin yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinə göndərmişlər. Lakin həmin qərarla onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi Şöbəsinin nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy rayon prokuroru Əli Babayev tərəfindən qəbul edilmiş 23 oktyabr 2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” qərarı onlara daxil olduqdan sonra inzibati araşdırma işi açılmışdır. Şöbədə araşdırılma ilə əlaqədar üçün X12 bildiriş göndərilmişdir. X3 ona göndərilmiş bildirişlərə məhəl qoymamış və çağırışlara gəlməmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi var. Ona görə də X16 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək, bildirmişdir ki, X16 onun qardaşıdır. 23 oktyabr 2020-ci il tarixdə qardaşı ilə işi olduğu üçün onun işlətdiyi dəmir alğı-satqı dükanına gəlmişdir. Bir qədər söhbətləşdikdən sonra qardaşı ona bir neçə dəqiqə həmin dükana nəzarət etməsini xahiş etmiş və getmişdir. Bundan sonra Gədəbəy Rayon Prokurorluğunun əməkdaşları gəlmiş və araşdırma aparmışlar. Bu zaman qardaşına zəng edərək onu dükana çağırmışdır. O, dükanda işləmir və hər hansı bir fəaliyyət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək, bildirmişdir ki, X16 onun həmkəndlisidir. O, dəmir alğı-satqısı ilə məşğul olur. X7 işlədiyi dükanda heç zaman X5 görməmişdir. O, dəmir satmaq üçün həmin dükana gəldikdə həmişə orada X13 görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 eyniməzmunlu izahat vermişdir. İş materiallarında olan ƏƏSM-nin yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 14.12.2020-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X16 ƏƏSM-nin yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 28.10.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Müəyyən edilmişdir ki, X1 Azad Yusif oğlunun işlətdiyi dəmir alğı-satqısı dükanında işləmir və onunla əmək müqaviləsi bağlamamışdır. ƏƏSM-nin yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin qərar Gədəbəy Rayon Prokurorluğunun qərarı əsasında qəbul edilmiş, araşdırma aparılması mümkün olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, X1 Azad Yusif oğlunun işlətdiyi dükanda işləməmişdir. Ona görə də şikayət təmin edilməli, ƏƏSM-nin yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 28.10.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. ƏƏSM-nin yanında X15 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 28.10.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-29/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-29/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver