Məhkəmə qərarları › İş №3(042)-290/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-290/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-290/2021 26.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X7 və X2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gədəbəy rayonu, Gərgər kəndində yaşayan, əvvəllər məhkum edilməmiş, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 14.10.2021-ci il tarixdə Gədəbəy rayonu Gərgər kəndinin mərkəzində X1 şəxslərin yanında nalayiq söyüşlərlə söyməsi və təhqir etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 14.10.2021-ci il tarixdə X6 onu nalayiq söyüşlərlə söymüşdür. O da ona cavab olaraq, söymüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, 14.10.2021-ci il tarixdə təxminən saat 10 radələrində kənddə olan yas mərasimləri ilə əlaqədar ona məxsus telefona kənd sakinləri zəng edərək Şəxs yas mərasimlərinin keçirilməsinə mane olmasını bildirmişdir. Həmin vaxt o, hadisə yerinə gəlmiş və Sevincin əlində bel olmasını görmüşdür. Bundan sonra Şəxs onu nalayiq söyüşlərlə söymüşdür. Bu zaman digər şəxslərin iştirakı ilə akt tərtib etmiş, Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 eyniməzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək, bildirmişdir ki, 14.10.2021-ci il tarixdə anası vəfat etmiş, yas məclisinin təşkili zamanı Şəxs şəhidləri, şəhid analarını və onu nalayiq söyüşlərlə söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13, X9, X4, X16 və X14 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.10.2021-ci il tarixdə X3 və digər şəxsləri nalayiq söyüşlərlə söymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin, zərərçəkmişlərin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs X3 və digər şəxsləri nalayiq söyüşlərlə söymüş, bununla da, ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 100 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar