Məhkəmə qərarları › İş №3(042)-290/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-290/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-290/2024 15.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası X4 X8 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonun, Slavyanka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası X4 X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən “Şirxan ailəvi istirahət mərkəzi” üzrə Azərbaycan Respublikası X4 X8 İdarəsi tərəfindən Şəxs ünvanlanmış açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirməməsinə görə Azərbaycan Respublikası X4 X8 İdarəsi Şəxs İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Slavyanka kəndində yaşamaqla, həmin kənd ərazisində Şirxan ailəvi istirahət mərkəzini işlədir. Adına VÖEN vardır. Vergi ödəyicisi kimi uçota alınmışdır. X4 X8 İdarəsi tərəfindən reklamın sökülməsi barədə ona məlumat verilməmiş və həmin bildirişə dair xəbərnaməyə imza çəkməmişdir. Həmçinin barəsində protokol tərtib edilməmişdən əvvəl o X4 X8 İdarəsinə gedib şəxsən iştirak etmişdir. Bu barədə ona məlumat veriləcəyi bildirilmiş, daha sonra xəbəri olmadan barəsində inzibati protokol tərtib edildiyi ona məlum olmuşdur. Həmin reklamla bağlı ödəniş də etməyə hazırdır. Azərbaycan Respublikası X4 X8 İdarəsinin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs 2024-cü ilin sentyabr ayında X8 idarəsinə ərizə ilə müraciət edərək 2024-cü ilin yanvar ayınadək reklam yayımlanması üçün icazə istəmiş və ödəniş etmişdir. 2024-cü ilin yanvar ayından sonra isə Şəxs reklam yayınlanması üçün müraciət etməmişdir. Onlar həmin obyektə baxış keçirmiş və Şəxs icazə almadan reklam yayınladığı müəyyən edilmişdir. X8 İdarəsi tərəfindən Şəxs 18 aprel 2024-cü il tarixdə göstəriş ünvanlanmaqla “Şirxan ailəvi istirahət mərkəzi” adlı obyektdə açıq məkanda yayımlanan reklamların yayımının dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətindən X8 İdarəsinə müraciət etməsi bildirilmişdir. Şəxs X8 İdarəsinə gəlmiş, şöbə müdiri Rəsul müəllumin qəbulunda olmuşdur. Lakin həmin vaxt bütün material Bakı şəhərinə göndərilmişdir. Həmin vaxt protokol tərtib edilməmişdir. Daha sonra Şəxs inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi barədə məktub göndərilmiş, lakin Şəxs prokolun tərtib edilməsində iştirak etməmişdir. Göstərişin tələblərinə əməl edilməmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, inzibati xəta haqqında işdə iştirak edən şəxsləri dinləyib, belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında materialda olan protokoldan görünür ki, Şəxs Gədəbəy rayonu, Slavyanka kəndində xx.xx.2024-cü il tarix, saat 10:30-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam həcmdə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası X4 X8 İdarəsi Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən “Şirxan ailəvi istirahət mərkəzi” adlı obyektin sahibkarı Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktı müəyyən edilmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası X4 X8 İdarəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli yazılı göstərişdən görünür ki, Şəxs Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən “Şirxan ailəvi istirahət mərkəzi” adlı obyektdə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazə alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası X4 X8 İdarəsinə müraciət edilməsi tələb olunmuş, əks təqdirdə Şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah olunmuşdur. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən reklam yayının həyata keçirilməsi ilə bağlı qanunvericliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Şəxs yazılı göstəriş verilsə də, göstərişin tələblərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Şəxs əməlində ona istinad edilən İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xata tərkibinin yaranması üçün Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyat keçirilməsi çərçivəsində icrası məcburi yazılı göstərişi almalı, göstərişdə qeyd edilən tələb aydın olmalı və həmin göstərişin tələblərinə qəsdən əməl etməməlidir. Məhkəmədə müəyyən olundu ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən “Şirxan ailəvi istirahət mərkəzi” adlı obyekt üzrə Azərbaycan Respublikası X4 X8 İdarəsi tərəfindən Şəxs ünvanlanmış açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş vaxtında və tam yerinə yetirməməsinə görə Azərbaycan Respublikası X4 X8 İdarəsi tərəfindən Şəxs İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında ona hər hansı yazıl göstəriş təqdim edilmədiyini və göstərişin ona çatmasını təsdiq edən xəbərnamədə olan imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, X8 İdarəsi tərəfindən Şəxs ünvanlanmış yazılı göstərişin sonuncuya çatması, ona aydın olması və qəsdən icra edilməməsi təsdiqini tapmır. Belə ki yazılı göstərişin Şəxs təqdim edilməsini təsdiq edən sənəd kimi təqdim edilmiş xəbərnamədə göstərişi qəbul etmiş şəxsin adı qeyd edilməmiş, xəbərnamədə olan imzanın barəsində icraata aparılan şəxsə məxsus olmasının müəyyən edilməsi mümkün olmamışdır. Eləcə də, Şəxs X8 İdarəsinə protokol tərtib edilməmişdən əvvəl getmiş, orada reklam icazəsi ilə əlaqədar söhbətlər etmiş, ona bu barədə əlavə məlumat verilməsini bildirmiş, lakni əlavə məlumat verilməmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda isə Şəxs çağırışa gəlmədiyi nə protokolun tərtib edilməsində iştirak etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası X4 X8 İdarəsi işin hallarını tam olaraq araşdırmadan, icrası məcburi olan göstərişin barəsində protokol tərtib edilmiş şəxsə çatıbçatmaması, göstərişin məzmunun ona aydın olub-olmaması müəyyən edilmədən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin Şəxs işlətdiyi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən “Şirxan ailəvi istirahət mərkəzi” adlı obyektdə reklamın yayımlanmasına görə qanunla müəyyən edilmiş qaydada ödəniş etməkdən boyun qaçımadığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xataların tərkibi yoxdur. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar