Məhkəmə qərarları › İş №3(042)-291/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-291/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-291/2023 01.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X1 və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, X1 və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respubklikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 600 manat inzibati qaydada cərimə edilmişdir. Barəsində olan qərar qanunsuzdur. O, həmin əməli törətməmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 izahat verərək, bildirmişdir ki, şikayətçi ilə birgə “SHACMAN” markalı **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı özüboşaldan yük maşınını icarə müqaviləsi əsasında bir müddət idarə etmişlər. X11 04 mart 2023-cü il tarixdə artıq işləmək istəmədiyini bildirmiş və maşını ona təhvil vermiş, o vaxtdan maşını idarə etməmişdir. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən 600 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan X8 Protokoldan görünür ki, X5 barəsində xx.xx.2023-cü il tarixdə Pirallahi- Düdəndi yolunda lisenziya və ya icazə olmadan “SHACMAN” markalı, **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı özüboşaldan yük avtonəqliyyat vasitəsi ilə qanunsuz qum daşıması faktına görə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X8 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X8 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən X8 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, X8 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində X8 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X8 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X5 04 mart 2023-cü il tarixdən etibarən “SHACMAN” markalı, **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı özüboşaldan yük avtonəqliyyat vasitəsini idarə etməmişdir. Yəni, onun 09 mart 2023-cü il tarixdə Pirallahi-Düdəndi yolunda lisenziya və ya icazə olmadan “SHACMAN” markalı **- KX-*** dövlət qeydiyyat nömrə nişanlı özüboşaldan yük avtonəqliyyat vasitəsi ilə qanunsuz qum daşıması halı sübuta yetirilməmişdir. Ona görə də şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin X5 barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar