Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-292/2024 24.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun, barəsində inzibati xəta haqqında iş üzrə icaata aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Gədəbəy rayonu, Sarıhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək ilə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Sarıhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(042)-442/2020 saylı icra sənədinə əsasən, Şəxs iki hissədən ibarət, qiyməti 10000 manat Türkiyə istehsalı olan divar mebeli; qiyməti 6000 manat, Türkiyə istehsalı olan, taxt, üçqapılı şifoner, güzgülü trümo və iki tubmadan ibarət yataq dəsti; ümumi qiyməti 2000 manat olan 12 predmetdən ibarət Çexiya xrustalından olan xörək və çay servisləri, meyvə və qənd qabıları, on iki ədəd şərbət stəkanı; qiyməti 150 manat olan tozsoran, qiyməti 200 manat olan ütü və ütü stolu və ya həmin əşyaların dəyəri olan 18350 manat; qiyməti 3000 manat olan qaşları brilyantdan, beşqaşlı ağ qızıldan olan nişan üzüyü və qiyməti 5000 manat olan üzük, boyunbağı, bilərzik və sırğalardan ibarət brilyant qaşları olan qızıl dəst və ya həmin qızılzinət əşyalarının qiyməti olan 8000 manat alınaraq, X1 verilməlidir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o icra sənədinin icrasından boyun qaçırmır. Bu gün borcundan 2000 manat, 28 oktyabr 2024-cü il tarixədək isə 1000 manat məbləğində ödəniş edəcəkdir. Həmçinin aylıq 600-700 manat olmaqla ödəniş edib borcunu ödəyəcəkdir. O, Rusiya Federasiyasında avto qəza keçirmiş və xəsarətlər almışdır. Ona görə də, borcun ödənilməsində gecikmə olmuşdur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(042)-442/2020 saylı icra sənədinə əsasən, Şəxs iki hissədən ibarət, qiyməti 10000 manat Türkiyə istehsalı olan divar mebeli; qiyməti 6000 manat, Türkiyə istehsalı olan, taxt, üçqapılı şifoner, güzgülü trümo və iki tubmadan ibarət yataq dəsti; ümumi qiyməti 2000 manat olan 12 predmetdən ibarət Çexiya xrustalından olan xörək və çay servisləri, meyvə və qənd qabıları, on iki ədəd şərbət stəkanı; qiyməti 150 manat olan tozsoran, qiyməti 200 manat olan ütü və ütü stolu və ya həmin əşyaların dəyəri olan 18350 manat; qiyməti 3000 manat olan qaşları brilyantdan, beşqaşlı ağ qızıldan olan nişan üzüyü və qiyməti 5000 manat olan üzük, boyunbağı, bilərzik və sırğalardan ibarət brilyant qaşları olan qızıl dəst və ya həmin qızıl-zinət əşyalarının qiyməti olan 8000 manat alınaraq, X1 verilməlidir. Bbundan əvvəl 2024-cü ilin may ayında borclunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy rayon Məhkəməsinə verilmişdir. Borclu bocunda 4250 manat Gədəbəy rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödəniş etmişdir. Tələbkar həmin ödənilmiş pul götürmür və borcun tam ödənilməsini tələb edir. Borclunun tələbkara bugünə olan borcu 22270 manat təşkil edir. Borclu hazırda borcundan 2000 manat ödəyəcəyini və 28 oktyabr 2024-cü il tarixədək isə 1000 manat ödəniş edəcəyini bildirir. Həmçinin borclu barəsində axtarış elan edilməsinə baxmayaraq borclu bugün özü könüllü olaraq Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Həmçinin borclu məhkəmə qətnaməsində kassasiya şikayəti vermək istəyir. O, Gəncə Apellyasiya Məhkəməsi ilə əlaqə saxlamış və borclunun kassasiya şikayəti vermək üçün ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə apellyasiya məhkəməsinə müraciət etmişdir. Müddətin bərpası ilə bağlı məsələyə baxılması 28 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Müdafiəçisi Vəkil məhkəmə iclasında, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu hazırda borcundan 2000 manat ödəniş edir və 28 oktyabr 2024-cü il tarixdək isə 1000 manat ödəniş edəcəyinə söz verir. Eləcə də, borclu qalan borcunu hissə-hissə olmaqla tam olaraq ödəyəcəyinə söz verir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-292/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-292/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver