Məhkəmə qərarları › İş №3(042)-294/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-294/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-294/2022 11.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X7 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin inzibati tənbehin verilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X7 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsini tərəfindən qəbul edilmiş 10 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X7 İXM-in 289.0.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. X10 Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. X10 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etdi və izahat verərək bildirdi ki, X4 X13 rəisi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən onun 500 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Həmin qərarda Gədəbəy rayonu, Şöhrət Qasımov küçəsində fəaliyyət göstərən ət satışı mağazasında heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satış faktının aşkar edilməsi göstərilmişdir. Bu həqiqətə uyğun deyildir. O, həmin ət satışı mağazasında qanuni olaraq fəaliyyət göstərir. Onun mağazasında ət satışı ilə əlaqədar hər bir şərait vardır. O, əsassız olaraq cərimə edilmişdir. Onun maddi imkanı aşağıdır. Eləcə də, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi, X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 199 nömrəli sərəncamının icrasına nəzarət məqsədi ilə keçirilən reyd zamanı Gədəbəy şəhəri, Şöhrət Qasımov küçəsində ət satışı mağazası ilə fəaliyyət göstərən X7 baytarlıq-sanitariya ekspertizasından keçirilmədən heyvan kəsimi ilə məşğul olması aşkar edilmişdir. Reyd zamanı X10 baytarlıqsanitariya ekspertizasının keçirilməsinə dair onlara heç bir sənəd təqdim edə bilməmişdir. Gədəbəy rayonu, Arıqdam kəndində heyvanların kəsimi ilə məşğul olan müəssisə vardır. Həmin müəssisədə baytar həkim olur, kəsim zamanı heyvanları müayinə edir və həmin həkim heyvanların satışa uyğun olub-olmamasını müəyyən edir. Heyvanlar həyətdə və ya müəssisədən kənarda kəsildiyi zaman nəzarətdən kənarda qalır. X10 isə heyvanları həyətdə kəsdiyini bildirmişdir. Ona görə də, X7 barəsində İXM-nin 289.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və toplanmış materialı araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, materiala əlavə edilmiş Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin tərəfindən qəbul edilmiş 10 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 289.0.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. Materiala əlavə edilmiş aktın surətindən görünür ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasını Qanunun və Heyvanların kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli sərəncamının 1.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikası Qida X2 2020-ci il tarixli 19 nömrəli qərar ilə təsdiq edilmiş “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıqsanitariya normaları və qaydaları”na əsasən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab olaraq yerlədə küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının və baytarlıq-sanitariya ekspertizasından keçməyən ətlərin satışının qarşısının alınması üçün Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin, Gədəbəy rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası X4 nümayəndələrinin iştirakları ilə Gədəbəy şəhəri, Şöhrət Qasımov küçəsində yerləşən X8 məxsus ət satışı mağazasında monitorinq keçirilmişdir. Monitorinq zamanı mağazada baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən heyvan kəsimlərinin həyata keçirilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə əsasən, heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikasi Qida X1 xx.xx.2020-ci il tarixli, qərarı ilə təsdiq edilmiş Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarliq-sanitariya normalari və qaydalarının 1.2-ci bəndinə əsasən, ət satışı müəssisəsinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən, müəssisədə yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir. Həmin qaydaların 6.6-ci bəndinə əsasən, müəssisəyə daxil olan və üzərində baytarlıq nişanlanması olmayan heyvan və quş cəmdəkləri və ya müşaiyətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsulları satış üçün qəbul edilməməlidir. Həmin qərarla təsdiq edilmiş kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydalarının 6.1.5-ci bəndinə əsasən, baytarlıqsanitariya ekspertizasının nəticələrinə əsasən dövlət baytarlıq müfəttişi tərəfindən ekspertiza aktının verilməsi və ya cəmdək və ya onun hissələrində, həmçinin dəridə müvafiq baytarlıq nişanlamasının həyata keçirilir. Qeyd olunan normalara əsasən, ət satışı üçün nəzərdə tutulmuş heyvanların kəsimi xüsusi müəssisədə baytar həkim tərəfindən müayinə edilməklə, baytarlıq-sanitariya ekspertizasından keçirilməklə aparılır. Baytarlıq-sanitariya ekspertizasının nəticələrinə əsasən dövlət baytarlıq müfəttişi tərəfindən heyvanı kəsdirən şəxsə ekspertiza aktı verilir və ya cəmdək və ya onun hissələrində, həmçinin dəridə müvafiq baytarlıq nişanlaması həyata keçirilir. Baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan ət məhsullarının satışının aparılmamasına görə isə Azərbaycan Respublikası İXM-nin müvafiq normasına əsasən məsuliyyət müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasını Qanunun və Heyvanların kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli sərəncamının 1.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikası Qida X2 2020-ci il tarixli 19 nömrəli qərar ilə təsdiq edilmiş “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıqsanitariya normaları və qaydaları”na əsasən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab olaraq yerlədə küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının və baytarlıq-sanitariya ekspertizasından keçməyən ətlərin satışının qarşısının alınması üçün Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin, Gədəbəy rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası X4 nümayəndələrinin iştirakları ilə Gədəbəy şəhəri, Şöhrət Qasımov küçəsində yerləşən X8 məxsus ət satışı mağazasında monitorinq keçirilmişdir. Monitorinq zamanı mağazada baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən heyvan kəsimlərinin həyata keçirilməsi aşkar edilmişdir. Qərardan şikayət vermiş şəxs X10 Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin tərəfindən qəbul edilmiş 10 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qanuni olaraq ət satışı ilə məşğul olduğunu bildirsə də, heyvanların kəsimi zamanı baytar həkimlər tərəfindən heyvanların ətinin satış üçün yararlı olub-olmaması barədə baytarlıq-sanitariya ekspertizasının keçirilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmədi. Eləcə də, materiala əlavə edilmiş diskə baxış zamanı məlum olur ki, X10 monitorinq zamanı heyvanları həyətində kəsdiyini və heyvanları baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X6 Regional X3 əməlində İXM-in 289.0.2-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X7 şikayəti təmin edilməməli, Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin inzibati tənbeh vermə haqqında 10 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Qida X6 Regional Bölməsinin inzibati tənbeh vermə haqqında 10 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar