Məhkəmə qərarları › İş №3(042)-294/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-294/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-294/2024 15.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında Gədəbəy rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materiallardan görünür ki, X1 Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “məhsul üzrə menecer” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi Şəxs MMC-nin İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, X1 X8 Xidmətinə ünvanladığı müraciət əsasında araşdırma aparılmış və X1 Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “məhsul üzrə menecer” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Ona görə də, Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilən hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsi üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, inzibati xəta haqqında işdə iştirak edən şəxsi dinləyib, belə nəticəyə gəlir ki, Mango Natural” MMC-nin əməli İXM- 192.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, inzibati xəta üzrə iş materiallarında olan 18 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, X1 Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan dövr ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “məhsul üzrə menecer” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan X2 tərəfindən X8 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də əmək müqaviləsi bağlamadan “məhsul meneceri” vəzifəsində işləməsini bildirmişdir. İnzibati xəta üzrə iş materiallarında olan X8 Xidmətinin Bakı şəhər İdarəsində xx.xx.2024-cü il tarixdə X4 tərəfindən verilmiş izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də “menecer” vəzifəsində işləmişdir. O, Şəxs MMC-də işlədiyi dövrdə X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də “məhsul üzrə menecer” vəzifəsində işləməmişdir. İnzibati xəta üzrə iş materiallarında olan Şəxs MMC-nin vəzifəli şəxsi ilə X2 arasında aparılmış yazışmalardan görünür ki, Şəxs MMC ilə X2 arasında əmək münasibətləri olmuşdur. Beləliklə, Şəxs MMC tərəfindən X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “məhsul üzrə menecer” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta haqqında material ilə sübuta yetirilir və o İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs MMC-ə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar