Məhkəmə qərarları › İş №3(042)-295/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-295/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-295/2024 04.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi ilə, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X8 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X8 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. X16 şikayət verərək, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 157-ci maddəsi ilə olan olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X16 şikayətini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəmdə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O, Gədəbəy rayonu İnəkboğan kəndində ailə üzvləri ilə birgə yaşayır. Zərifə və sonuncunun gəlini Səkinə onun qohumlarıdır və aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evə Qazel markalı maşınla material gətirərkən bibisi Zərifənin yola şebel tökdürdüyündən yol bağlı olmuşdur. O, yolu açmaq üçün lapatka ilə şebeli təmizləyərkən Zərifə əsəbiləşib Səkinə ilə birlikdə onunla mübahisə etmişlər və lapatkanı əlindən almağa çalışmışlar. O, həmin vaxt nə Zərifəni, nə də Səkinəni döymüşdür. Hadisə ilə bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra onun xəbəri olmadan və ona məlumat verilmədən barəsində inzibati xəta haqqında iş aparılmış və İXM-nin 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış və iştirakı olmadan əsassız protokol tərtib edilərək cərimə edilmişdir. Həmin protokol onun tərəfindən imzalanmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Həmçinin sözügedən inzibati tənbeh vermə haqqında qərardan onun xəbəri olmamış, o sözügedən qərarın və inzibati xəta haqqında protokolun surətini xx.xx.2024-cü ildə Gədəbəy rayon Polis şöbəsindən əldə etmişdir. Bu səbəbdən qərardan indi şikayəti verməli olmuşdur. Bunu nəzərə alaraq qərardan şikayət verməsi üçün müddətin üzrlü hesab edilərək buraxılmamış hesab edilməsini xahiş edir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Asəf Mirzəyevin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X16, xx.xx.2024-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı qohumu X2 və X9 döyməsinə görə İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 iyun 2024-cü il tarixli qərarından görünür ki, X3 və X7 müraciəti əsasında toplanmış material üzrə X8 əməlində cinayət tərkibi yaranmadığına görə onun barəsində cinayət işinin bağlanmasının rədd edilməsi və qərarın surətinin X8 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçun ictimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, İnəkboğan kənd sakini X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib qardaşı oğlu Emin adlı şəxsin balta ilə ona və gəlininə xəsarət yetirməsi barədə məlumat vermişdir. Zərifə Qəhrəmanova 11.06.024-cü il tarixdə Gədəbəy RPŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi Emin tərəfindən döyülməsi və ona fiziki ağrı yetirilməsini göstərmişdir. Həmçinin araşdırma zamanı Gədəbəy rayonu İnəkboğan kənd sakini X13 xx.xx.2024-cü il tarixdə Gədəbəy RPŞ-nə ərizə ilə müraciət edərək həmkəndlisi Emin adlı şəxsin onu yumruqla vurması, heç bır xəsarət almasa da Eminin ona fiziki ağrı yetirməsini göstərmişdir. Bununla bağlı araşdırma aparılmış və toplanmış material üzrə X10 hər hansı xəsarət yetirilməməsi, X8 xx.xx.2024-cü il tarixdə X4 döyüb onun sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi və Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi müəyyən edilmişdir. Nəticədə Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Rövşən Hüseynovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 iyun 2024-cü il tarixli qərarına əsasən, X3 və X7 müraciəti əsasında toplanmış material üzrə X8 əməlində cinayət tərkibi yaranmadığına görə onun barəsində cinayət işinin bağlanmasının rədd edilməsi və qərarın surətinin X8 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçun ictimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Asəf Mirzəyevin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X8 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. Göründüyü kimi, X16 barəsində inzibati xəta haqqında qərar qəbul edilməsinə yeganə əsas kimi Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Rövşən Hüseynovun cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarı götürülmüş, inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra hadisəni görmüş şahidlərin dairəsi müəyyənləşdirilməmiş və onlar dindirilməmiş, zərər çəkmiş şəxsin şikayətinin olub-olmaması aydınlaşdırılmamış, eləcə də, X16 izahatında X5 hər hansı xəsarət yetirmədiyini bildirmişdir. Belə olan halda Gədəbəy rayon Polis şöbəsi tərəfindən toplanmış material ilə X5 yetirilmiş dərəcəsi təyin edilməyən xəsarətlə X8 əlaqəsi müəyyən edilmir. X1 və X7 müraciəti əsasında toplanmış materialın məhkəməyə təqdim edilməsi tələb edilsə də, material məhkəməyə təqdim edilməmiş və X8 əməli sübuta yetirilməmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Asəf Mirzəyevin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması Gədəbəy rayon Polis şöbəsinə tapşırılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 şikayəti qismən təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Asəf Mirzəyevin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə yenidən baxılması Gədəbəy rayon Polis şöbəsinə tapşırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar