Məhkəmə qərarları › İş №3(042)-295/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-295/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-295/2025 03.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gədəbəy RPŞ-nin DYPB-nin yolpatrul xidməti inspektoru X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Gədəbəy rayonun Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, həkim işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 343-1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayon Polis şöbəsinin (RPŞ) X4 Bölməsindən (DYPB) daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinin X4 Bölməsindən Şəxs barəsində İXM-in 343-1.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 343-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də hazırki inzibati işə həmin maddələr ilə baxılmışdır. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:15 radələrində Gədəbəy rayonu ərazisində idarə etdiyi “Hundai Tucson minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən alkoqoldan və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğu üçün saxlanımış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs Şəxs tibbi müayinədən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, özünü təqsirli bilmir. Atasının qəbr daşının düzəldilməsi ilə bağlı usta ilə aralarında mübahisə olduğu üçün Daxili işlər Nazirliyinin 102 xidmətinə bu məsələ ilə bağlı müraciət etmişdir. Ona bu məsələ ilə bağlı polis şöbəsinə yaxınlaşaraq ərizə yazması bildirilmişdir. O, Gədəbəy rayon Polis Şöbəsinə yaxınlaşmış, yanlışlıqla növbətçi hissəyə daxil olmuşdur. Növbətçi hissədə olan polis əməkdaşları onunla kobud rəftar edərək onu növbətçi hissədən çıxarmışdır. O, öz şəxsi avtomobilinə əyləşərək oradan biraz uzaqlaşmışdır ki, post-patrul xidmətinin əməkdaşları onun avtomobilini saxlamışdır. Yol polisi əməkdaşları onunla kobud rəftar edərək, məsuliyyətə cəlb olunacağını demişlər, ona həddə-qorxu gəlmişlər. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gədəbəy RPŞ-nin DYPB-nin yolpatrul xidməti inspektoru X2 məhkəmə iclasında bildirdi ki, Şəxs atasının qəbr daşını düzəltmək üçün ustaya pul vermişdir. Daha sonra isə yaşadığı ünvandan rayona gələrək spirtli içki qəbul etmişdir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş, daha sonra şöbəyə yaxınlaşmış və növbətçi hissəyə daxil olmuşdur. Növbətçi hissəyə kənar şəxslərin daxil olması qadağandır, növbətçi hissəyə ancaq növbətçi hissənin əməkdaşları daxil ola bilər. Növbətçi hissənin əməkdaşları Şəxs növbətçi hissəyə daxil olduğunu görüb, onun oraya daxil olmasının qadağan olduğunu vətəndaşa bildirərək növbətçi hissəni tərk etməsini demişlər. Növbətçi hissənin əməkdaşları Şəxs spirtli içki qəbul etdiyini hiss etmişlər və Gədəbəy rayon Polis Şöbəsinin ətrafı müşahidə kameraları ilə təchiz olunduğu üçün növbətçi hissənin əməkdaşları Şəxs öz şəxsi avtomobilinə əyləşərək Gədəbəy rayon Polis şöbəsindən uzaqlaşmasını müşahidə etmişlər və bu barədə rabitə cihazı vasitəsilə növbətçi hissənin əməkdaşları ona məlumat vermişdir. Post patrul əməkdaşları Şəxs həyati təhlükə yaratmaması üçün maşını saxlamışlar. O, Şəxs yaxınlaşaraq spirtli içki qəbul edib - etmədiyini soruşmuş, o isə spirtli içki qəbul etdiyini bildirmişdir. O, Şəxs sərxoşluq dərəcəsinin alkotestr vasitəsi ilə yoxlanılmasını təklif etmiş, lakin sonuncu bundan imtina etmişdir. Ona görə də, Şəxs barəsində İXM-nin 343-1.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən İXM-in 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında materialda olan; - video görüntülərdən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtina etmişdir. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli, 3610 nömrəli aktdan görünür ki, sürücü Şəxs sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-nin 343-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. İXM-nin 343-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs əməlini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rasulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar