Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-296/2020 02.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin inzibati binasının qarşısında sərxoş vəziyyətdə ictimai qaydanı pozmasına görə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, hazırda Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. Evlidir, iki uşağı vardır. Barəsində olan inzibati xəta haqqında işlə bağlı bildirir ki, onların ailə münaqişələri vardır. Ona görə də 16 yaşında olan övladı onun himayəsində, qızı isə anası ilə birlikdə qayınatasıgildə yaşayır. O, uşağını görmək üçün qayınatasının evinə gəldiyi zaman qayınanası uşağı ilə görüşməsinə mane olmuş, onu təhqir edərək itələmiş, və DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Bu zaman o çıxıb getmişdir. Həmin vaxt o içkili vəziyytədə olmuşdur. Sonra onu polis əməkdaşları polis şöbəsinə dəvət etmiş və polis əməkdaşlarına müqavimət göstərməmişdir. Polis şöbəsində heç bir söyüşdən istifadə etməmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:27 radələrində Gədəbəy rayonu, Leşkər kənd sakini X5 DİN-nin 102 xidmətinə müraciət edərək kürəkəni Şəxs balta ilə onu hədələməsi barədə məlumat vermişdir. Müraciət ilə bağlı Gədəbəy RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı X9 və Gədəbəy RPŞ-nin NH-nin sürücüsü, polis baş serjantı X10 hadisə yerinə getmişlər. Hadisə yerinə gedən zaman onlar Şəxs qayınatası Akif Məmmədovun evinin qarşısında, küçədə ucadan qışqıraraq söyüş-söydüyünü görmüş, polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmiş, buna baxmayaraq Şəxs hərəkətinə davam etmişdir. Şəxs qəsdən polisin qanuni tələblərinə tabe olmadığına və öz qanunsuz hərəkətlərinə davam etdiyinə görə barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy rayon Polis şöbəsinə gətirilmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Leşgər kəndində yaşayır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun kürəkənidir. Qızı Şəxs spirtli içki düşkünü olduğuna görə ayrılmışdır. Qızı hal-hazırda onun yanında yaşayır. Şəxs bir neçə dəfə sərxoş vəziyyətdə onların evi qarşısında səy-küy salmışdır. xx xxxxxxx 2020-ci il tarixdə Şəxs yenə gəlib səs-küy salarkən o DİN-nin 102 xidmətinə zəng etmiş və bundan sonra polis əməkdaşları gəlmişdir. Bu zaman Şəxs polis əməkdaşları qanuni tələblərinə tabe olmamışdır. X8 Yunis və X7 məhkəmə iclasında X2nun ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə Gədəbəy RPŞnin sahə rəisi polis kapitanı Mansur Cabbarov tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin inzibati binasının qarşısında sərxoş vəziyyətdə ictimai qaydanı pozmasına görə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:38 radələrində orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin inzibati binasının qarşısında sərxoş vəziyyətdə ictimai qaydanı pozmasına görə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-296/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-296/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver