Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-296/2023 21.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1, onun vəkili Vəkil və Gədəbəy Rayon prokurorunun nümayəndəsi X3 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon prokuroru 14 avqust 2023-cü il tarixdə Gədəbəy şəhərində yerləşən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamış və aidiyyatı üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-296/2023 saylı qərarına əsasən, "xxxx" MMC barəsində olan iş üzrə icraata xitam verilmişdir. Sözügedən məhkəmə qərarından Gədəbəy rayon prokuroru tərəfindən protest verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-574/2023 saylı qərarına əsasən, protestin qismən təmin edilməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-296/2023 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gədəbəy rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şahid ilə heç bir əmək müqaviləsi bağlanılmamış və o, "xxxx" MMC-də hər hansı işlərə cəlb edilməmişdir. Şahid ayrı-ayrı şəxslərin evlərində gündəlik iş tapmaq mədqsədilə tanışları “Park Marketdə” işləyən satıçı qızların yanına gəlmişdir. O, aliment ödəyicisi olmuş, alimenti ödəyə bilmədiyi üçün özünü öldürməyə cəhd etmişdir. Bu barədə onun qardaşı Taleh Rüstəmov xəbər tutmuş və DİNnin 102 xidmətinə məlumat vermiş, prokurorluq bu fakt üzrə araşdırma apararkən, qərəzli olaraq onun barəsində qəraralar çıxarmışdır. Qərarı qanunsuz hesab edir. Ona görə də icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Gədəbəy Rayon prokurorunun nümayəndəsi X7 izahat verərək bildirdi ki, Şahid özünü öldürməyə cəhd etməsi faktı üzrə aparılmış araşdırma zamanı, onun əmək müqaviləsi bağlanılmadan "xxxx" MMC-də işlərə cəlb edilməsi faktı müəyyən edilmiş və prokuror tərəfindən müvafiq qərarlar çıxarılaraq, vəzifəli şəxs barəsində baxılması üçüb aidiyyəti üzrə X6 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinə və hüquqi şəxs haqqında baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Hüquqi şəxsin təqsiri fakt üzrə aparılmış araşdırma ilə sübut edilmişdir. Ona görə də "xxxx" MMCnin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. "xxxx" MMC-nin nümayəndəsi X1 vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, Şahid özünü öldürməyə cəhd etməsi ilə bağlı X1 qardaşı Taleh Rüstəmov DİN-nin 102 xidmətinə məlumat vermişdir. X5rdaşının həmin mağaza üzrə heç bir səlahiyyəti olmamışdır. Gədəbəy rayon prokurorluğu ilə X2 arasında olan şəxsi qərəzliliyə görə inzibati xəta haqqında icraat başlamışdır. X1 barəsində inzibati xəta haqqında icraat başlanılması üçün heç bir əsas yoxdur. Həmçinin "xxxx" MMC-nin nümayəndəsi X1 barəsində inzibati tənbeh vermə müddəti keçmişdir. Ona görə də, "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan X1 (FİN: 28C13EA) “Vergi məlumatiarfndan görünür ki, Valeh Rüstəmov ********** saylı VÖEN sahibi olmaqla, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisidir. Şirkətin vəziyyəti aktivdir. İşdə olan inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Gədəbəy rayon prokuroru Əli Babayevin 14 avqust 2023-cü il tarixli qərarından görünür ki, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərini pozaraq Gədəbəy rayonu, Söyüdlü kənd sakini Şahid əmək müqaviləsi olmadan ona məxsus Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Park” marketdə işlərin yerinə yetirilməsinə cəlb edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törədilməsi müəyyən edilmiş və həmin maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərar alınmışdır. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.[ Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayon prokurorluğunun icraatında olmuş Gədəbəy rayonu, Söyüdlü kənd sakini Şahid intihara cəhd etməsi barədə toplanmış materiala baxış keçirilərkən məlum olur ki, "xxxx" MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlinmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 10 avqust 2023-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsindən hazırki tarixədək (10 avqsut 2023-cü il - 21 noyabr 2023-cü il) 3 aylıq müddət keçmişdir. Həmçinin inzibati xəta haqqında materialla "xxxx" MMC-nin (nümayəndəsinin) qaçıb gizlənməsi, yəni inzibati tənbeh tədbirinin tətbiqi üçün müddətin axımının dayanması halı müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-nin 53.1. və 53.1.6-ci maddələrinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 38, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-296/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-296/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver