Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-296/2025 03.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixində Gədəbəy Rayon Məhkəməsinə Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən Şəxs barəsində İXM-nin 525-ci maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayon polis şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 64.3-cü maddələrini rəhbər tutaraq inzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında material işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Həmin Məcəllənin 61.3-cü madddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.4-cü maddəsinə əsasən, protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 102.6-cı maddəsinə əsasən, inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş inzibati xəta haqqında materialdan görünür ki, inzibati xəta haqqında protokol cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsaslanmaqla qəbul edilmiş, inzibati xəta haqqında icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və iş üzrə zəruri olan digər şəxslərin izahatları alınmamış, inzibati xəta haqqında iş üzrə əlavə araşdırma aparılmamış, protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin edilməmiş və məlumatlandırılmamışdır. Eləcə də, inzibati xəta hadisəsini əks etdirən video görüntülər məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş elektron daşıyıcıda isə hər hansı video və ya foto görüntü aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Gədəbəy rayon Polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Gədəbəy rayon Polis şöbəsinə qaytarılsın. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-296/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-296/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver