Məhkəmə qərarları › İş №3(042)-3/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-3/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-3/2023 09.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X1 və Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndəsi Nəsimi Əliyevin iştirakları ilə, X1 Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-cü maddəsinə əsasən inzibati qaydada cərimə edilmişdir. Cəriməni hazırki tarixədək ödəyə bilməmişdir. Həmin qərarın yazılmasından xəbəri olmamış, icra məmuru çağırarkən onun cərimə olunmasından xəbəri olmuşdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndəsi Nəsimi Əliyev izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin qərarı ilə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-cü maddəsi ilə inzibati xəta haqqında material ayrılmış və onun cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Onun qərarı təhqiqatın qərarı əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 134.1-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X2 yazılmış inzibati tənbeh vermə haqqında qərar Gədəbəy Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-cü maddəsi ilə inzibati xəta haqqında material ayrılmış və onun cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Gədəbəy Rayon Polis Şöbəsinin qərarı təhqiqatın qərarı əsasında qəbul edilmişdir. Həmin qərar ləğv edilməyənədək hazırki qərar ləğv edilə bilməz. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar