Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-30/2025 07.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, qərardan şikəyət verən şəxs X2 iştirakı ilə X2 Tovuz 2 saylı Regonal Ekologiya və Təbbi Şərvətlər idarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekabr 2024-cü il tarixli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 2 saylı Regonal Ekologiya və Təbbi Şərvətlər idarəsinin inzibati tənbeh verilmə haqqında 27 dekbar 2024-cü il tarixli MNN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Arıqdam kəndində yaşayır. Evində istifadə edilən suları metak boru vasitəsi ilə evinə bitişik torpaq sahəsində dərinliyi 6 metr olan quyu qazaraq, həmin quya yönləndirmiş, eləcə də həmin quyunun ağzını dəmir turba vasitəsi ilə karkas toxutduraraq betonlatmışdır.Həmkəndlsi Nizami adlı şəxsin 2 saylı Ekologiya və Təbbi Sərvətlər idarəsinə etmiş olduğu müraciət əsasında gəlib yerli baxış keçirmişlər. Bununla bağlı 2 saylı Regonal Ekologiya və Təbbi Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmin sahəyə baxış keçrilmiş və barəsində Azıərbaycan Respublikası İXM-nin 264.0.1 -ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə X6 protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar çıxarılmış, o, 600 manat miqdarında cərimə edilmişdir. Tovuz 2 saylı Regonal Ekologiya və Təbbi Sərvətlər İdarəsinin onun barəsində tərtib etmiş olduğu xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur. Onun axıtdığı məişət suları heç bir su xəttinə qarışmır. Həmin suyun töküldüyü ərazidə o, quyu qazmış və həmin sular həmin quyuya axır. Həmin quyunun üst hissəsinə beton örtük tökdürmüşdür. Bunu ekologiya idarəsinin əməkdaşları da görmüş və ona bildirmişlər ki, protokol tərtib etməyəcəklər. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Tovuz 2 saylı Regonal Ekologiya və Təbbi Şərvətlər İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında əməkdaşlarının iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Tovuz 2 saylı Regonal Ekologiya və Təbbi Şərvətlər İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 27 dekabr 2024-cü il tarixdə tərtib edilmiş X6 Protokoldan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan 08 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, ona 600 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X6 protokol tərtib edilir. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 114.2. və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, şikayət vermiş şəxs Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini, inkar edir. Qərarı çıxarımış inzibati orqan şikayətçi tərəfindən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi ilə əlaqədar sübutlar təqdim edilməmişdir. Yəni, onun bu əməli törətməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə istinad edib, yaranmış şübhələri şikayətçinin xeyrinə həll edərək, onun təqsirinin sübut edilməməsi qənaətinə gəlir. Ona görə də şikayət təmin edilməli, Tovuz 2 saylı Regonal Ekologiya və Təbbi Şərvətlər İdarəsinin 08 yanvar 2025-ci il tarixli inizbati tənbehvermə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 8; 53; 114 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Tovuz 2 saylı Regonal Ekologiya və Təbbi Sərvətlər İdarəsinin 08 yanvar 2025-ci il tarixli MN-1786123 saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-30/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-30/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver