Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-300/2023 28.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş materiallara baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olan Şəxs idarə etdiyi “Mercedes BENZ 240 minik” markalı, **-VF- *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə həmin tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar tərtib edilərək, 60 manat inzibati cərimə olunmasına dair qərar qəbul edilmişdir. Ona tərtib edilmiş protokol və qəbul edilmiş qərar üzrə təyin edilmiş cəriməni vaxtında ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş Şəxs və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinə qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs məhkəmə qərar qəbul edənədək törədiyi əmələ görə ona təyin edilən cəriməni ödəməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunaraq onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: xx.xx.1976-cı ildə Gədəbəy rayonunda doğulmuş və hazırda Gədəbəy rayonunun, Şəkərbəy kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-300/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-300/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver