Məhkəmə qərarları › İş №3(042)-300/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-300/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-300/2024 06.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, X1 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Vİİ Tağım Baş Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında işi nəzərdən keçirərək, Müəyyən etdi: X2 onun barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Vİİ Tağım Baş Yol Patrul Xidmətinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından Gədəbəy Rayon Məhkəməsinə şikayət vermişdir. İş materiallarından görünür ki, inzibati xətanın törədildiyi yer Hacıqabul rayonudur (Bakı-Qazax yolu 99 km). İş materiallarına həmin şikayətə Gədəbəy Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə edilməmişdir. Belə olduğu təqdirdə şikayətə inzibati xətanın törədildiyi yer üzrə Hacıqabul Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. İXM-in 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadığı müəyyən edildikdə, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129, 132ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində qəbul inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar