Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-301/2022 10.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmişlər X7, X1 və X5 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaq olan, Gədəbəy Rayon Qaz İdarəsində çilingər vəzifəsində işləyən, Gədəbəy rayonu, Fərzalı kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə, Gədəbəy Rayon Polis X4 Bölməsinin inzibati binasında polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etmiş, bu zaman yol polis əməkdaşları işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün onu saxlatmaq istəmiş, lakin əvvəlcə avtomobili saxlamamışdır. Bundan sonra onu Gədəbəy Rayon Polis X4 Bölməsinə aparmışlar. Sərxoş olduğu üçün polis əməkdaşları ilə aralarında mübahisə baş vermiş, onları nalayiq söyüşlərlə söymüşdür. Etdiyi əməldən peşmandır. Ona 400 manat cərimə təyin edilmiş, lakin cəriməni ödəyə bilməyəcəkdir. Ona görə də, qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etmiş, bu zaman yol polis əməkdaşları işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün onu saxlatmaq istəmiş, lakin əvvəlcə avtomobili saxlamamışdır. Bundan sonra onu Gədəbəy Rayon Polis X4 Bölməsinə aparmışlar. Sərxoş olduğu üçün polis əməkdaşları ilə aralarında mübahisə baş vermiş, onları nalayiq söyüşlərlə söymüşdür. Hadisə yerində və Gədəbəy Rayon Polis X4 Bölməsinin inzibati binasında Şəxs onun və digər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 və X8 eyniməzmunlu izahat vermişlər İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2022ci il tarixdə, Gədəbəy Rayon Polis X4 Bölməsinin inzibati binasında polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022ci il tarixdə, saat 21:09-da tutulmuşdur. İşdə olan X3 Protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 33.1. və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etmiş, bu zaman yol polis əməkdaşları onu saxlatmaq istəmiş, lakin əvvəlcə avtomobili saxlamamışdır. Bundan sonra onu Gədəbəy Rayon Polis X4 Bölməsinə aparmışlar. Sərxoş olduğu üçün polis əməkdaşları ilə aralarında mübahisə baş vermiş, onları nalayiq söyüşlərlə söymüş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın törətdiyi əməli sərxoş vəziyyətdə törətməsini, onun şəxsiyyətini, əgər ona cərimə inzibati tənbehi təyin ediləcəyi halda ödəyə bilməyəcəyini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Həbsdə saxlamanın əvvəli 09 noyabr 2022-ci il saat 2109-dan hesablansın. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-301/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-301/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver