Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-301/2024 14.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Salmanov Orxan Aqil oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixində Gədəbəy Rayon Məhkəməsinə Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır: Belə ki, inzibati protokolu tərtib etmiş vəzifəli şəxs inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların mövcudluğunu qiymətləndirmədən, inzibati xəta haqqında işə daxili işlər orqanlarında baxılmasının mümkünlüyünü araşdırmadan, həmin işi baxılması üçün məhkəməyə göndərmişdir. Bu isə kobud prosessual pozuntu kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Həmin Fərmanın 6-cı bəndinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəlindikdə, inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininnin 43.1-ci maddəsində məhkəmələrin baxdığı aidiyyəti inzibati xətaların maddələri sadalanmışdır. İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsi də həmin siyahıya aiddir. Lakin, İXM-nin 43.2 və 43.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən icraatındakı inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tədbirilərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə inzibati xəta haqqında protokolun baxılmaq üçün məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. Belə ki, hazırki protokol Şəxs barəsində inzibati tənbeh tədbirilərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsaslar müəyyən edilmədən məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyətli şəxs tərəfindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması araşdırılmadan İXM-nin 43.3-cü maddəsində qeyd olunan "qənaət"i müəyyən etmək mümkün deyil. Həmçinin şahid qismində ifadə vermiş Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları – polis kiçik leytenantı X4 və polis baş serjantı X1 Müşfiq Məlik oğlu ilə yanaşı X2, həmçinin Abuzər və Şahlar adlı meşə gözətçilərinin Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında X4 ilə mübahisə etdiklərini bildirmişlər. Bu hal protokol tərtib olunarkən araşdırılmamışdır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun Gədəbəy rayon Polis şöbəsinin inzibati binasına gətirildiyi zaman orada olan videokameraların görüntülərinin təqdim olunmadığını bildirmişdir. İXM-nin 61.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. Protokoldan müəyyən olunur ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixində törədilmişdir. İXM-nin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol həmin Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin, inzibati işin materiallarında inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadın qəbul olunması müəyyən olunmur. Ümumiyyətlə inzibati iş materillarında protokolun hansı səbəbdən uzadılaraq xx.xx.2024-cü il tarixində tərtib edildiyi məlum deyil. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Gədəbəy rayon Polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Gədəbəy rayon Polis şöbəsinə qaytarılsın. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-301/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-301/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver