Məhkəmə qərarları › İş №3(042)-302/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-302/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-302/2022 24.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayonu Arıqıran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 301.14 manat məbləğində vergi borcu bələdiyyə büdcəsinə ödənilməlidir. Borclu Şəxs borcunu ödəmədiyindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gədəbəy rayonu Arıqıran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 301.14 manat məbləğində vergi borcu bələdiyyə büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraata başlama haqqında qərarlarından görünür ki, Gədəbəy rayonu Arıqıran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş tələbin könüllü icrası haqqında bildirişin təsdiq edilmiş surətindən görünür ki, Şəxs Gədəbəy rayonu Arıqıran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq icra edilməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gədəbəy rayonu Arıqıran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli icra sənədini icrası ilə bağlı icra məmurunun qanuni tələbindən yayınmışdır. İXM-in 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Maddənin məzmunundan göründüyü kimi, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının icra edilməməsi o halda inzibati məsuliyyətə səbəb olur ki, həmin qərar qanuni qüvvəsini almış olsun, qərar qüvvəyə mindiyi gündən 3 ay keçmiş olsun və bu müddət ərzində qərarın icra edilməməsi üçün qanuni əsaslar olmasın. Bu inzibati xətanın obyektiv cəhəti qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cəriməni ödəməməkdən ibarət hərəkətsizlikdə ifadə olunur. Təqdimata əlavə olunmuş materialdan, eləcə də, icra sənədlərinə baxış zamanı müəyyən olundu ki, Gədəbəy rayonu Arıqıran Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli icra sənədi Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra borclunun barəsində icra sənədlərinin icrası üzrə heç bir məcburi icra tədbirləri görülməmişdir. Borclu Şəxs göndərilmiş bildirişin çatıb-çatmaması barədə təqdimata heç bir sənəd əlavə edilməmişdir Bundan başqa Şəxs icra şöbəsinə verdiyi izahatında Gədəbəy rayonu Arıqıran Bələdiyyəsinin qeyd edilən icra sənədindən xəbərinin olmadığını bildirmişdir. Eləcə də, işə əlavə edilmiş qəbzdən aydın olur ki, Şəxs borcundan xx.xx.2022-ci il tarixdə 50 manat məbləğındə ödəniş etmişdir. Bu isə onun əməlində qərəzliliyin olmadığın göstərir. Belə olan halda, borclunun əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlinə bilməz. Ona görə də, Şəxs barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar