Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-302/2025 04.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3 və onun vəkili Vəkil iştirakı ilə, X3 barəsində Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli qərarla X8 fiziki şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayon Polis şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin MN ******* saylı qərarı ilə İXM-nin 157-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2025-ci il tarixdə ailə-məişət zəminində oğlu X5 qəsdən döyüb, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İstinad nöqtəsi kimi həmin tarixdə, xx.xx.2025-ci il tarixdə qəbul edilmiş protokola əsaslanmışdır. xx.xx.2025-ci il tarixdə qəbul edilmiş protokol isə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında qərara istinad edilmişdir. xx.xx.2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda onun övladını qəsdən döyməsi qənaətinə gəlinmişdir. Əslində isə valideyn olaraq övladının mənafeyi onun üçün hər şeydən artıqdır. Çox təəssüflər olsun ki, ailə həyatı qurduğu X7 ilə rəsmi nikahda olduqları 14 illik evliliklərində yalnız 1 ilini bir yerdə olmuşlar. Cəbrayıl qalan müddətdə cəza çəkmə müəssisəsində olmuşdur. Həmin şəxslə faktiki olaraq ayrılmışlar. Onların birgə yaşamaqları mümkün deyildir. Ondan qisas almaq üçün övladlarından istifadə edir. Yeniyetməlik mərhələsində olan övladına dırnaq arası keçdiyi həyat yolu barədə məlumatlar verməklə uşağı o istiqamətə yönləndirir. X9 anadan olduğu gündən tək ana kimi o böyütmüşdür. Bu müddətdə övladı ilə onun arasında hər hansı mübahisə olmamışdır. xx.xx.2025-ci il tarixdə baş vermiş mübahisə zamanı övladını döyməmiş, ona hər hansı bədən xəsarəti yetirməmişdir. Əgər uşağın bədənində hər hansı döyülmə əlaməti varsa, bunu planlı şəkildə X7 etmişdir. Cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında qərarda göstərilir ki, X11 RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə arvadı X8 oğlu X5 döymüş, lakin Cəmil Cəfərlinin heç bir xəsarəti olmadığı üçün həkim müayinəsindən keçməkdən imtina etdiyini göstərmişdir. Məhkəmətibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 417 saylı rəyində göstərilir ki, azyaşlı X4 bədənində aşkar edilmiş xəsarətlər sağ kürək nahiyəsinin, sağ və sol bazu oynağının, sol dizin qançırları, sağ bazunun sıyrığıdır. Uşağını döyməmişdir. Bu xəsarətlər planlı şəkildə Cəbrayıl tərəfindən uşağında yaradılmışdır. Övladı, izahat verərək bildirir ki, “xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində atamla danışırdım. Anam atamla danışmağımı- istəmədi. Mübahisəmiz yarandı. Evin internetini söndürdü. Mənim qolumdan tutaraq yatmağımı bildirdi. Mən isə yatmaq istəmədim. Təkrar qolundan tutmuş, onu yerə yıxmış və yerdə olarkən bədənin müxtəlif nahiyyələrinə təpiklər vurmuşdur.” Sənubər ona aid geyim əşyaları və dərs ləvazimatlarını vermədiyi üçün Cəbrayıl DİN-nin 102 xidmətinə müraciət etmişdir. X7 izahat verərək bildirmişdir ki, Sənubər orada geyim əşyalarını və dərs vəsaitlərini vermədiyi üçün DİN-nin 102 xidmətinə müraciət etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda X7 və X4 izahatından görünür ki, DİN-nin 102 xidmətinə müraciət döyülmə ilə bağlı deyil, geyim əşyalarının və dərs ləvazimatlarının verilməməsi ilə bağlı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 22:33 radələrində DİN-nin 102 qaynar xəttinə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, Cəbrayıl Cəmili qızışdıraraq onu döydürmüşdür. Şikayəti Cəbrayıldan idi. Vəziyyətin pisləşəcəyini görüb uşağı təcili özü ilə aparmışdır. Sonrası isə bəllidir. Uşağının valideyn olaraq tərbiyəsinə qalmaq üçün onun telefonla danışmamasını, dərsləri ilə məşğul olmasını bildirmişdir. O, telefon ki, danışdığı adam ona keçdiyi kriminogen həyatı təbliğ edir. Bu gün hamıya bəllidir ki, təhsilalanların intizam qaydaları barədə bütün valideynlər yazılı iltizama imza atırlar. Həmin iltizam valideynin məsuliyyətini nə dərəcədə əhəmiyyətli olmasını göstərir. Həmçinin barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və xx.xx.2025-ci il tarixli. MN ******* saylı qərarın şəxsi kabinetində xx.xx.2025-ci il tarixdə tərtib edildiyi görsənir. Ona görə də pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qərardan şikayət vermiş şəxs X8 və onun vəkili Vəkil məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdilər və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Gədəbəy rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatını məhkəməyə təqdim etməmişdir. Gədəbəy rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilərək X3 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan Gədəbəy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən qəbul edilmiş cinayət işi başlamasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə X3 əməlində cinayət tərkibi yaranmadığına görə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, X3 barəsində İXM-nin 157-ci maddəsi üzrə inzibati xəta haqqında icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. X3 şikayətinə baxılarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Polis şöbəsi tərəfindən barəsində icraat aparılan şəxs barəsində qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir, fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur, edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Məhkəmə qeyd edir ki, X8 barəsində inzibati xəta haqqında qərar qəbul edilməsinə yeganə əsas kimi Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Rövşən Hüseynovun cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarı götürülmüş, barəsində icraat aparılan şəxsin izahatı alınmamış, inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra hadisəni görmüş şahidlərin dairəsi müəyyənləşdirilməmiş və onlar dindirilməmiş, zərər çəkmiş şəxsin şikayətinin olub-olmaması aydınlaşdırılmamış, eləcə də, X8 izahatında X5 döymədiyini, hər hansı xəsarət yetirmədiyini və başqa şəxslər tərəfindən C.Cəfərliyə xəsarət yetirildiyini bildirmişdir. Belə olan halda Gədəbəy rayon Polis şöbəsi tərəfindən toplanmış material ilə X6 yetirilmiş xəsarətlə X3 əlaqəsi müəyyən edilmir. X1 və X2 müraciəti əsasında toplanmış materialın məhkəməyə təqdim edilməsi tələb edilsə də, material məhkəməyə təqdim edilməmiş və X3 əməli sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (AR İXM 128.2.3); səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə (AR İXM 129.1.3.) Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Gədəbəy rayon Polis şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Gədəbəy rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Gədəbəy Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-302/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-302/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver