Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-303/2022 08.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN 0496747saylı qərarı ilə Azərbaycan Respubklikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin əməkdaşı ona qərəzli olaraq, inzibati cərimə yazılmışdır. Həmin qərar əsassızdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında GədAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin nümayəndəsi X10 izahat verərək, bildirmişdir ki, X1 mağazasında yoxlama aparılarkən elektrik təsərrüfatının yararsız halda olması aşkar edilmiş, ona bu barədə xəbərdarlıq edilmişdir. Həmin vaxt X5 onun və digər əməkdaşın yazdığı protokolla razılaşmış və elektrik təsərrüfatını təmir edəcəyi ilə əlaqədar protokola qeyd yazmıışdır. X2 elektrik təsərrüfatını yeniləməmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən 100 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, X1 mağazasında yoxlama aparılarkən elektrik təsərrüfatının yararsız halda olması aşkar edilmiş, ona bu barədə xəbərdarlıq edilmişdir. Həmin vaxt X5 protokolla razılaşmış və elektrik təsərrüfatını təmir edəcəyi ilə əlaqədar protokola qeyd yazmıışdır. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 134.1 və 134.1.1-ci maddələrinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və 100 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. X5 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etsə də, mağazada elektrik təsərrüfatının qeyd edilmiş standartlar səviyyəsində olmasını sübut edə bilməmişdir. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin nümayəndəsi X10 məhkəməyə sübutlar təqdim edərək, X1 mağazasında yoxlama aparılarkən elektrik təsərrüfatının yararsız halda olması aşkar edilməsini, ona bu barədə xəbərdarlıq edilməsini, həmin vaxt X5 protokolla razılaşmasını və elektrik təsərrüfatını təmir edəcəyi ilə əlaqədar protokola qeyd yazmasını bildirmişdir. Yəni, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş qərar qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-303/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-303/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver