Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-305/2022 28.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2021-ci ilin avqust ayının axırında axşam saatlarında evdə olarkən evinə 3 nəfər şəxs gəlmişdir. Həmin şəxslərdən kim olduğunu soruşduqda sonradan adının Aqil olduğunu bildiyi şəxs yanında olan 12-13 yaşlı qızını göstərərək 04 avqust 2021-ci il tarixdə ayağı daşlığa düşərək sol ayağının sındığı və kənd arasında sınıqçı kimi tanındığı üçün qızının sol ayağında olan sınığın düzəldilməsində ona köməklik etməyini xahiş etmişdir. Bundan sonra onları evə dəvət edərək sonradan adını Mədinə olduğunu öyrəndiyi həmin şəxsin sınmış ayaq nayihəsinə əli ilə baxış keçirmiş və ona sol ayağında sınığın olduğunu deyərək həmin nayihədə sümük oynamasının qarşısını almaq üçün gips qoyub ona rentgen həkiminə getməyi məsləhət görmüşdür. X6 onun barəsində dediklərinin tamamilə yalan və şər-böhtan xarakterli məlumatlar olduğunu bildirmişdir. Səidə Kazımovanın sol ayağının topuq nayihəsində olan sınığa gips qoysa da, onun ayağının burmamış, sadəcə olaraq rentgen həkiminin yanına getməyini məsləhət görmüşdür. Aqil Kazımovun 1 həftə sonra qızı Səidə Kazımovanın sol ayağının topuq nayihəsində olan sınığa baxması üçün yanına gəlməyini deməmişdir. Göstərdiyi həmin tibbi yardıma görə heç kəsdən pul almamış və ya tələb etməmişdir. Sınıqçı kimi fəaliyyət göstərməyinə dair nə xüsusi icazəsi (lisenziya), nə də müvafiq diplomu olmamış, öz təşəbbüsü ilə vətəndaşların müraciəti əsasında onlara ilkin tibbi yardım göstərmişdir. Gədəbəy rayon Prokurorluğunda araşdırılma aparılmış və barəsində inzibati icraat açılmışdır. O, həmin qərardan Gədəbəy Rayon Məhkəməsinə şikayət vermiş, lakin Gədəbəy Rayon Prokurorunun qərarı ləğv edilməmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən 2000 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(042)9/2022 saylı qərarının surətindən görünür ki, X2 Gədəbəy Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət vermiş, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 Ziyat Şəmistan oğlunun Gədəbəy Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Həmin qərar qüvvədə olduğu halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməsi mümkün deyil. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-305/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-305/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver