Məhkəmə qərarları › İş №3(042)-307/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-307/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-307/2024 25.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi və qərardan şikəyət verən şəxs X1 iştirakı ilə X1 BDYPİ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24460922 saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 BDYPİ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2024-cü il tarixli EQ 24460922 saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Ford Transit yük markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 01 noyabr 2024-cü il tarixdə, saat 11:47 radələrində BDYPİ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respubklikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 50 manat inzibati qaydada cərimə edilmişdir. Barəsində olan qərar qanunsuzdur. O, avtomobili idarə etməmişdir. Avtomobili evinin qarşısında saxlamış, dövlət yol polisinin avtomobili evinin qarşısından keçəndə, maşının şəklini çəkmiş və ona cərimə tətbiq edilmişdir. Bu asanpay sistemindən ona göndərilmiş şəkildən də görünür . Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı Dövlət Yol Polis İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24460922 saylı Asan Pay ödəniş sistemindən olan çıxarışdan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir İşdə olan Asan Pay ödəniş sistemindən çıxarılmış şəkildən görünür ki,avtomobil X2 məxsus evinin qarşısında saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.1. və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı Dövlət Yol Polis İdarəsi X3 evinin qarşısında saxlanılmış hərəkətdə olmayan avtomobilə görə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 339.1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də şikayət təmin edilməli xx.xx.2024-cü il tarixli EQ 24460922 saylı inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24460922 saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar