Məhkəmə qərarları › İş №3(042)-31/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-31/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-31/2023 18.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4, zərərçəkmişlər X5, X1 və X2 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında ictimai qaydanı pozması və polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Gədəbəy Rayon Polis Şöbəsinə gəlmiş, arvadı X3 məxsus mağazadan 500 manat pul oğurlanması faktı ilə əlaqədar araşdırılma aparılmasının vəziyyəti və həmin pulun qaytarılmasını tələb etmişdir. Bu zaman polis əməkdaşları ilə mübahisə yaranmış və polis əməkdaşları onu saxlamışlar. O, nalayiq söyüşlər söyməmiş, tabesizlik göstərməmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraata xahiş edir. Şəxs müdafiəçisi X8 məhkəmə iclasında çıxış edərək, bildirmişdir ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Gədəbəy Rayon Polis Şöbəsinə gəlmiş, arvadı X3 məxsus mağazadan 500 manat pulun oğurlanması faktı ilə əlaqədar araşdırma qərarının ona verilməsini və həmin pulun qaytarılmasını tələb etmişdir. Bu zaman ona qanunun tələbləri izah edilmiş, lakin Şəxs Polis Şöbəsinin inzibati binasında nalayiq söyüşlər söymüş, polis əməkdaşlarını oğrularla əlbir olmaqda təqsirləndirmişdir. O, Gədəbəy Rayon Polis Şöbəsinin rəisinin qəbulunda olmuş, qəbuldan çıxdıqdan sonra təkrarən polis əməkdaşlarını, məhkəməni və digər hakimiyyət orqanlarını nalayiq söyüşlərlə söymüş, polis əməkdaşlarının tələblərini yerinə yetirməmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 və X7 eyniməzmunlu izahat vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2023cü il tarixdə, Gədəbəy Rayon Polis Şöbəsində ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, onun müdafiəçisinin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Gədəbəy Rayon Polis Şöbəsinə gəlmiş, arvadı X3 məxsus mağazadan 500 manat pul oğurlanması faktı ilə əlaqədar aparılmış araşdırma üzrə qərarın və həmin pulun qaytarılmasını tələb etmişdir. Bu zaman ona qanunun tələbləri izah edilmiş, lakin Şəxs Polis Şöbəsinin inzibati binasında nalayiq söyüşlər söymüş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan başqa cəmiyyətə açıqca hörmətsizlik edərək, ünvansız nalayiq ifadələr işlətmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, hadisənin ağırlıq səviyyəsini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 18 yanvar 2023-cü il tarixdən, saat 1230-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar