Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-31/2025 19.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi və Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X1 iştirakı ilə X5 Xidməti Publik Hüquqi Şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətindən X5 Xidməti Publik Hüquqi Şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə X5 Xidməti Publik Hüquqi Şəxsi müvafiq icazə almadan Gədəbəy-Qızıltorpaq-Qonaqlı yerli əhəmiyyətli avtomobil yolunun 4-cü kilometrində sol tərəfdən təhkim zolağında müvafiq icazə almadan kommunikasiya, yəni, su-kanalizasiya xətti çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Ona görə də barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirini görülməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə X5 Xidməti Publik Hüquqi Şəxsinə lazımı qaydada məlumat verilmiş, lakin nümyəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxımasını mümkün hesab etmişdir. İşdə olan 17 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Xidməti Publik Hüquqi Şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan Akt və fotoşəkillərdən görünür ki, 12 yanvar 2025-ci il tarixdə X5 Xidməti Publik Hüquqi Şəxsi müvafiq icazə almadan Gədəbəy-Qızıltorpaq-Qonaqlı yerli əhəmiyyətli avtomobil yolunun 4-cü kilometrində sol tərəfdən təhkim zolağında müvafiq icazə almadan uzunluğu 20 metr, eni 2 metr və dərinliyi 2 metr olan kommunikasiya, yəni, su-kanalizasiya xətti çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 354.0-354.0.2-ci maddələrinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni: geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manajtadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “X3” Qanunun 15-ci maddəsinə əsasən avtomobil yollarının mühəndisi kommunikasiyalarla (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) kəsişməsi və bu məqsədlə təhkim zolağından istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud standartlara, texniki normativlərə və digər normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilir. -Avtomobil yollarının təhkim zolağında xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər hansı yeni kommunikasiyaların çəkilməsinə, bir qayda, olaraq yol verilmir. -Mövcud avtomobil yollarından’keçən və yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin) və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə qüvvədə olan normativ-texniki şərtlər və layihə-sıyıeta sənədləri əsasında həyata keçirilə bilər. -Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır. Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması işlərinə başlamazdan əvvəl bu kommunikasiyaların mülkiyyətçiləri avtomobil yollarının saxlanılmasını həyata keçirən yol təsərrüfatı orqanları ilə müvafiq müqavilə bağlamalıdırlar. -Avtomobil yollarında mühəndisi kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və bu işlərlə bağlı bütün xərcləri ödəməlidirlər -Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir. -Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1.hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2.hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3.hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4.bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 Xidməti Publik Hüquqi Şəxsi 12 yanvar 2025-ci il tarixdə müvafiq icazə almadan Gədəbəy-Qızıltorpaq-Qonaqlı yerli əhəmiyyətli avtomobil yolunun 4-cü kilometrində sol tərəfdən təhkim zolağında yol hərəkətinin təhlükəsinzliyinin pozulmasına səbəb olan kommunikasiya, yəni, su-kanalizasiya xətti çəkmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzuibati xəta əməlini törətmişdir. Ona görə də X5 Xidməti Publik Hüquqi Şəxsi inzibati məsuliyyətə cəlb edilməli, ona cərimə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 18; 53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: X5 Xidməti Publik Hüquqi Şəxsi Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 3000 manat cərimə növündə inzibati tənbehi təyin edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-31/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-31/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver