Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-310/2021 23.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında 30.06.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında 30.06.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Həmin qərarla həmkəndlisi X3 məxsus 200 manat dəyərində bir baş xırda buynuzlu heyvanı daşla vuraraq öldürməsi müəyyən edilmişdir. Lakin o, X2 xırdabuynuzlu heyvanını öldürməmiş, ona heç bir ziyan vurmamışdır. Ona görə də Gədəbəy Rayon Polis Şöbəsinin bu qərarı ədalətsizdir və ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını və işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında 30.06.2021-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 232-1 maddəsinə əsasən 400 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X1 Rayon Polis Şöbəsinin 30.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət İşinin Başlanılmasının Rədd edilməsi Haqqında qərara əsasən Gədəbəy Rayon Polis Şöbəsinin 30.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı qəbul edilmiş və icraya yönəldilmişdir. Həmin qərarın qüvvədə olduğu halda Gədəbəy Rayon Polis Şöbəsinin 30.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, şikayət vermiş şəxsə izah edilməlidir ki, Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət İşinin Başlanılmasının Rədd edilməsi Haqqında qərarından şikayət vermək hüququ var. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-310/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-310/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver