Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-310/2022 29.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs X19 Təsərrüfatı Mərkəzinin direktoru X6 etibarnamə üzrə nümayəndəsi X4 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin rəisi Elçin Süleymanovun etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin rəisi Elçin Süleymanovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X19 Təsərrüfatı Mərkəzinin direktoru X6 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin rəisi Elçin Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X15 İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. X19 Təsərrüfatı Mərkəzinin direktoru X1 RPŞ-nin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X19 Təsərrüfatı Mərkəzinin direktoru X6 etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Tovuz Regional Ərazi Şöbəsinin rəisi X3 inzibati tənbeh vermə haqqında qərarına əsasən, X19 Təsərrüfatı Mərkəzinin direktoru X15 İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Buna səbəb kimi X8 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ödənilməməsi, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən istisna olmaqla qanun pozuntularına yol verilməsi göstərilmişdir. X2 meşəbəyliyinin 6 saylı meşə dolayısının gözətçisi vəsifəsində işləmişdir. Həmin dolayıda yoxlama aparılmış, X8 əmək müqaviləsi üzrə vəzifə borcunu layiqincə yerinə yetirmədiyinə, buna görə də, işlədiyi vaxt ərzində meşə fonduna zərər vurulmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. X8 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ödənilmişdir. Lakin, onlardan asılı olmayaq maaş nazirlik tərəfindən gecikdirilmişdir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin rəisi Elçin Süleymanovun etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, X2 meşəbəyliyinin 6 saylı meşə dolayısının gözətçisi vəsifəsində işləmişdir. S.Həsənov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. X16 onlara müraciət edərək qanunsuz olaraq işdə azad edildiyini bildirmişdir. Bununla bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, S.Həsənovun son haqq-hesabı tam olaraq ödənilmiş, lakin ödənişdə gecikmə olmuş, eləcə də, əmək kitabçası S.Həsənova işdə azad edildikdən bir ay sonra təqdim edilmişdir. Ona görə də, X19 Təsərrüfatı Mərkəzinin direktoru X6 İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. Odur ki, şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayət və toplanmış materialları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin rəisi Elçin Süleymanovun xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X15 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X2 meşəbəyliyinin 6 saylı meşə dolayısının gözətçisi vəsifəsində işləmişdir. Həmin dolayıda yoxlama aparılmış, X8 əmək müqaviləsi üzrə vəzifə borcunu layiqincə yerinə yetirmədiyinə, buna görə də, işlədiyi vaxt ərzində meşə fonduna zərər vurulmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Bundan sonra X8 müraciətinə əsasən, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti tərəfindən araşdırma aparılmış və X8 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ödənilməməsi, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən istisna olmaqla qanun pozuntularına yol verilməsi aşkar edilərək, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin rəisi Elçin Süleymanov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X15 İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə, həmçinin, şikayət vermiş şəxs X19 Təsərrüfatı Mərkəzinin direktoru X6 əməlində İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İXM-in 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın subyektləri inzibati məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə çatmış fiziki şəxslər, eləcə də vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol vermiş fiziki şəxs, vəzifəli şəxs və hüquqi şəxs ola bilər. Məhkəmə qeyd edir ki, qərardan şikayət vermiş və qərarından şikayət verilmiş şəxslərin bildirdiyinə görə X2 meşəbəyliyinin 6 saylı meşə dolayısının gözətçisi vəsifəsindən azad edildikdən sonra onun son haqq-hesabı tam olaraq ödənilmişdir. Qərarından şikayət verilmiş şəxs sadəcə son haqq-hesabın ödənilməsində gecikmənin olduğunu və əmək kitabçasının S.Həsənova işdən azad edildikdən bir ay sonra təqdim edildiyini və buna görə X19 Təsərrüfatı Mərkəzinin direktoru X6 barəsində İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Qərardan şikayət vermiş şəxs isə son haqq-hesabın ödəniləsinin gecikməsində onların təqsirinin olmadığını və nazirlik tərəfindən gecikdirildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, S.Həsənov işdən azad edilərkən son haqq-hesabı ödənilməsi, lakin, ödənişin gecikməsi mübahisələndirilmir. Lakin, S.Həsənov son haqqhesabının ödənilməsi zamanı gecikməyə yol verilməsində X19 Təsərrüfatı Mərkəzinin direktoru X6 təqsirinin olması sübuta yetirilmir. Belə ki, X19 Təsərrüfatı Mərkəzi tərəfindən X13nə ünvanlanmış məktubdan və baş mühasibin arayışından da görünür ki, S.Həsənov işdən azad olunduğu gün son haqq-hesabı hesablanmış, lakin, 2022-ci ilin sentyabr ayı üçün Maliyyə Nazirliyi tərəfindən maliyyələşmə açılmadığından ödəniş gecikmişdir. Göründüyü kimi, X19 Təsərrüfatı Mərkəzi tərəfindən X13nə ünvanlanmış məktubda və məhkəməyə təqdim edilmiş digər sənədlərdə S.Həsənovun işdən azad olunduğu gün son haqq-hesabının hesablanıb göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsi tərəfindən isə S.Həsənov işdən azad olunduğu gün son haqq-hesabın hesablanıb-hesablanmaması, vaxtında göndərilib-göndərilməməsini müəyyən edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də, əmək kitabçasının S.Həsənova gec verilməsi bildirilsə də, əmək kitabçasının S.Həsənova nə vaxt təqdim edilməsini və ya təqdim edilməsində gecikməyə yol verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, X6 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlində inzibati xəta tərkibinin olub-olmaması tam və hərtərəfli araşdırılmadan qərara qəbul edilmişdir. Odur ki, X6 əməlində İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olması sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 8.1.-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin rəisi Elçin Süleymanovun inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin rəisi Elçin Süleymanovun inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-310/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-310/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver