Məhkəmə qərarları › İş №3(042)-312/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-312/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-312/2022 17.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X3 və Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, X3 Gədəbəy Rayon Polis X9 Polis Bölməsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Rayon Polis X9 Polis Bölməsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarından şikayət verərək həmin qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis X9 Polis Bölməsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarı ilə Azərbaycan Respubklikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 200 manat inzibati qaydada cərimə edilmişdir. Həmin vaxt onun sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar icra edilmiş, lakin DİN informasiya sistemində onun sürücülük hüququ məhdudlaşdırılmış göstərilmişdir. Onun sürücülük hüququnun məhdudlaşdırılmasının zamanı xx.xx.2022-ci il tarixdə bitmiş, inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə yazılmışdır. Həmin qərar əsassızdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Gədəbəy Rayon Polis Şöbəsinin nümayəndəsi X8 izahat verərək, bildirmişdir ki, X1 hüququnun məhdudlaşdırılması haqqında qərar icra edilmiş, lakin DİN informasiya sistemində onun sürücülük hüququ məhdudlaşdırılmış göstərilmişdir. Onun sürücülük hüququnun məhdudlaşdırılmasının müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, lakin inzibati xəta haqqında protokol xx.xx.2022-ci il tarixdə yazılmışdır. Məhkəmə, tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Gədəbəy Rayon Polis X9 Polis Bölməsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələrinə əsasən 200 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan Arayışdan görünür ki, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 3(002)- 1534/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən X7 nəqliyyat vasitələrini idarə etmək hüququ 8 (səkkiz) ay müddətinə məhdudlaşdırılmışdır. Məhdudlaşdırılma müddəti xx.xx.2022-ci il tarixdə bitdiyinə görə xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsinin məhdudiyyəti bağlanaraq BC-305880 saylı sürücülük vəsiqəsi özünə qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məcəllənin 134.1 və 134.1.1-ci maddələrinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 3(002)-1534/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən X7 nəqliyyat vasitələrini idarə etmək hüququ 8 (səkkiz) ay müddətinə məhdudlaşdırılmışdır. Məhdudlaşdırılma müddəti xx.xx.2022-ci il tarixdə bitdiyinə görə xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsinin məhdudiyyəti bağlanaraq BC-305880 saylı sürücülük vəsiqəsi özünə qaytarılmışdır. Gədəbəy Rayon Polis X9 Polis Bölməsinin inzibati tənbeh verilmə haqqında İXP ******* saylı qərarı xx.xx.2022-ci il tarixdə yazılmışdır. Yəni, qərar texniki səhv nəticəsində yazılmışdır. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon Polis X9 Polis Bölməsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gədəbəy Rayon Polis X9 Polis Bölməsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar