Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-312/2025 04.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, zərərçəkmiş X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun nümayəndəsi Vəkil iştirakları ilə xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonu,Xar-Xar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, hazırda Gədəbəy rayonu, Xar-Xar kəndində qeydiyyatda olan və yaşayan X9 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gədəbəy Rayon Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 04 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir Protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs 28 sentyabr 2025-ci il tarixdə qonşusu X1 döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş, izahat verərək, bildirmişdir ki, X4 onun qonşusudur. Dilbər İmamqulu qızı onun evinin qarşısında yerləşən kafenin işlədilməsi ilə bağlı bir neçə dəfə narazılığını bildirmişdir. 28 sentyabr 2025-ci il tarixdə o, işdə olmuş. Sonradan ona məlum olmuşdur ki, X4 polisə ərizə ilə müraciət etmiş, onun tərəfindən döyüldüyünü bildirmişdir. Lakin həmin vaxt o, işdə olmuş, X2 heç bir xəsarət yetirməmiş, onu döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, onun qonşuları Ziyafət və oğlu Eşqin ilə aralarındakı münasibətlər əvvəldən gərgin olmuşdur. Həmin şəxslər əvvəllər onun bəzi əşyalarını oğurlamışlar. O, bu barədə Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmiş, müraciət əsasında araşdırma aparılmışdır. 28 sentyabr 2025-ci il tarixdə X4 həyat yoldaşı Fərmanla birlikdə Şəmkir rayonundan Gədəbəy rayonu, Zəhmətkənd kəndində yerləşən evlərinə qayıdarkən evlərinin qarşısında yerləşən dəmir torun yararsız hala düşdüyünü görmüşlər. Onlar qonşuları Eşqin və Ziyafətdən çəpərin dağıdılmasının səbəbini soruşduqda, Eşqin onları nalayiq söyüşlərlə söymüşdür. Bundan sonra Eşqinin anası Ziyafət Allahverdiyeva ağac parşası ilə onun qollarından vurmuş, Eşqin isə Fərman Abbasovu vurmuşdur. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, X4 və X5 şikayətləri əsasında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərar alınmışdır. Həmin qərardan həmçinin o da görünür ki, keçirilmiş məhkəmə-tibbi ekspertizası ilə X5 badənində heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs X1 döyməsi faktı kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. X4 onu Şəxs deyil, X3 döyməsini, Şəxs isə həmin vaxt hadisə yerində deyil, işdə olduğunu bildirmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatz xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-312/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-312/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver