Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-315/2022 21.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsinin X8 Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:45 radələrində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni qanuni tələbinə qəsdən tabe olmamış, ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. Himayəsində azyaşlı uşaqlar vardır. Ələsgərova Yeganə ilə 8 ildir ki, qeyri-rəsmi münasibətləri vardır. Y.Ələsgərova ilə telefonla danışan zaman aralarında mübahisə yaranmışdır. Y.Ələsgərova DİN-nin 102 xidmətinə zəng edərək onu şikayət etmişdir. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər. O, Novosaratovka Polis bölməsinə gəlmiş, Polis bölməsində ona rəisin gələcəyini, gözləməsini bildirmişlər. O, gözləmiş, lakin, rəis gec gəldiyindən çıxıb getmişdir. Daha sonra polis əməkdaşları gəlib onu polis bölməsinə aparmışlar. O, polis əməkdaşlarına qarşı heç bir nalayiq söz işlətməmişdir. Y.Ələsgərova onu təhqir etdiyinə görə aralarında mübahisə yaranmışdır. Odur ki, barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs bir neçə dəfə belə hərəkətlərə yol vermişdir. Y.Ələsgərova DİN-nin 102 xidmətinə zəng edərək Şəxs onu təhqir etməsini bildirmişdir. Şikayət üzrə o, polis bölməsinin manqa komandiri Amin Aslanovla birlikdə Y.Məmmədovun polis bölməsinə gətirilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 4-5 radələrində Gədəbəy rayonu, Novoivanovka kəndinə getmişlər. Yolda Y.Məmmədovu görmüşlər və polis bölməsinə dəvət etmişlər. Y.Məmmədov polis bölməsinə gəlməkdən imtina etmişdir. Bundan sonra onlar Y.Məmmədovu polis bölməsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Y.Məmmədov sadəcə xidməti avtomobilə əyləşdirilən zaman nalayiq ifadə işlətmişdir. Polis bölməsinin inzibati binasında nalayiq ifadələr işlətməsini və səs-küy salmasını görməmişdir X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka PB-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir, polis baş serjantıdı. Y.Ələsgərova DİN-nin 102 xidmətinə zəng edərək Şəxs onu təhqir etməsini bildirmişdir. Şikayət üzrə polis serjantı X5 ilə birlikdə Y.Məmmədovun polis bölməsinə gətirilməsi məqsədi ilə Gədəbəy rayonu, Novoivanovka kəndinə getmişlər. Saat 12-13 radələrində Novoivanovka kəndində Yaşarın işlətdiyi kafeyə getmişlər, ordan onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman Y.Məmmədov onlara və polis bölməsinin təhqiqatçısına qarşı nalayiq ifadələr işlətmişdir. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka PB-nin sahə rəisi vəzifəsində işləyir. Polis baş leytenantıdır. Y.Ələsgərova DİNnin 102 xidmətinə zəng edərək Şəxs şikayət etmişdir. Şəxs polis bölməsinə gətirilməsi məqsədi ilə əraziyə polis əməkdaşları göndərilmişdir. Y.Məmmədov polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. O, polis bölməsində gələn zaman Y.Ələsgərova və Y.Məmmədov orda olmuşlar. Lakin, onların hər hansının səs-küy salmasını və ya nalayiq ifadə işlətməsini görməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddələr ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta üzrə iş materiallarında olan 21 noyabr 2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin X8 Bölməsinin sahə rəisi, polis baş leytenantı Vüsal Qocayev tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:45 radələrində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, polisin qanuni tələbinə qəsdən tabe olmama o halda olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra etsin və bu zaman inzibati xəta törətmiş şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmasın. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxs polisin qanuni tələbinə tabe olmaması və ictimai qaydanı pozması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. MN ******* nömrəli, 21 noyabr 2022ci il tarixli inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. Eləcə də, məhkəmə iclasında dindirilmiş şahidlər bir-birinə uyğun gəlməyən ziddiyyətli ifadələr verdilər. Onların ifadələri ilə Y.Məmmədovun əməlində İXM-nin qeyd edilən maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-315/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-315/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver