Məhkəmə qərarları › İş №3(042)-315/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-315/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-315/2023 07.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, TP 49958931 saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ilə 05 aprel 2023-cü il tarixdə Azərbaycan Respubklikası İXM-nin 327.2 və 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 500 manat inzibati qaydada cərimə edilmişdir. Halbuki, o, həmin əmələ görə Gədəbəy Rayon Məhkəməsnin 07 aprel 2022-ci ilmtarixli qərarı ilə məsuliyyətə cəlb edilmişdir. Eyni əmələ görə ona iki dəfə tənbeh təyin edilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında əməkdaşlarının iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Gədəbəy Rayon Polis Şöbəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 07 aprel 2022-ci il taixli qərarından görünür ki, X3 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 500 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Gədəbəy RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, X3 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 500 manat miqdarında inzibati tənbehi tətbiq edilmişdir. X6 Protokoldan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Gərəbəy rayonu, Novosaratovka kəndi ərazisində “QAZ 3221” yük markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması, Məcəllənin 333.1 maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.2-ci maddələri ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 134.1-ci maddəsinə əsasən X6 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X6 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X6 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən X6 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, X6 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 53.0; 53.0.1. və 53.1.7-ci maddələrinə əsasən barəsində X6 iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud X6 işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Beləliklə, X1 Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarı ilə 05 aprel 2022ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 500 manat inzibati qaydada cərimə edilmişdir. Bundan sonra o, eyni əmələ görə Gədəbəy RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə də məsuliyyətə cəlb edilmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2022-cİ il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar