Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-315/2024 02.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihad Natiq oğlunun katibliyi, qərardan şikayət vermiş X6, qərarı çıxarmış Gədəbəy RPŞ-nin DYPB-nin dövlət avtomobil müfəttişi X8 və zərərçəkmiş X5 iştirakları ilə X3 Gədəbəy RPŞ-nin DYPB-nin dövlət avtomobil müfəttişi X4 14 noyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 RPŞ-nin DYPB-nin dövlət avtomobil müfəttişi X4 14 noyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və X10 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X6 şikayət ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, 03 noyabr 2024-cü il tarixdə səhər saat 5 radələrində özünə məxsus dörd baş malı Şəmkir-Gədəbəy yolundan keçirərkən X14 markalı avtomobil heyvanlardan birini vurmuş, nəticədə heyvan ölmüşdür. O, hadisə barəsində polis orqanına məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlmiş, lakin əsassız olaraq, onun heyvanları asfalt yolla keçirdiyini bildirərək, barəsində X10 protokol tərtib etmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, yolda heyvanların keçirilməsi üçün başqa bir yer nəzərdə tutulmamışdır. Ona görə də həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Gədəbəy RPŞ-nin DYPB-nin dövlət avtomobil müfəttişi X8 izahat verıərək, bildirmişdir ki, X6 03 noyabr 2024-cü il tarixdə özünə məxsus dörd baş malı saat 3-40 dəqiqə radələrində asfalt örtüklü yoldan keçrirərkən qəza baş vermiş, nəqliyyat vasitəsi heyvanlardan birini vurmuş, heyvan ölmüşdür. Bu hadisə ilə əlaqədar araşdırma aparmış, X6 qanunsuz olaraq, malları sutkanın qaranlıq vaxtı asfalt örtüklü yoldan keçirdiyinə görə onun barəsində X10 protokol tərtib etmiş, o, Azərbaycan Respublikası İXM-nin 338.5.2. və 338.5.5-ci maddələrilə inzibati məsuliyyətə cəlb edilmiş, 40 manat miqdarında cərimə edilmişdir. Qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş X9 izahat verərək, bildirmişdir ki, 03 noyabr 2024cü il tarixdə saat 3-40 dəqiqə radələrində Şəmkir-Gədəbəy yolunun Gədəbəy şəhərinə giriş hissəsində olan körpünün üstündə X14 markalı avtomobili idarə edərkən qəflətən dörd baş malın yola çıxdığını görmüş, avtobobili saxlamaq mümkün olmamış, heyvanlardan biri ilə toqquşma baş vermişdir. O, həmin heyvanın öləcəyini görüb, başını kəsmişdir. Hadisənin baş verməsində günahı yoxdur. Şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan inzibati tənbeh vermə haqqında 14 noyabr 2024-cü il tarixli TP 682303 saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 338.5.2. və 338.5.5-ci maddələrində nəzərdə tutlmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinmiş və ona 40 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan X10 Protokoldan görünür ki, 03 noyabr 2024-cü il tarixdə X6 barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.2 və 338.5.5-ci maddələrilə tərtib edilmişdir. İşdə olan sənədlərdən görünür ki, X2 3-40 dəqiqədə hadisə barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Azərbaycan Respublikası İXM-nin 338.5. 2-ci maddəsinə əsasən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, 338.5.5-ci maddəsinə əsasən isə malqaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X10 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən X10 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, şikayətçi özünə məxsus mal-qaranı asfalt yolla ötürmüş, mal-qaranı sutkanın qaranlıq vaxtı yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmişdir. Qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-315/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-315/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver