Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-315/2025 21.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə X1 xx.xx.2025-ci il tarixli, EQ 31632884 nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 31632884 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində onun barəsində EQ31632884 saylı inzibati xətalar haqqında protokol tərtib olunmuş və o, Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Lakin tərtib olunmuş protokolda avtomobilinin nəqliyyat vasitələrinin hərəkət hissəsinin kəsişməsində və ya kəsişən hərəkət hissələrinin kənarından 5 metrdən az məsafədə dayanmasını təsdiq edən hər hansı görüntü materialı təqdim edilməmişdir. Ona görə də şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında EQ 31632884 nömrəli protokol və qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.5 maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan şikayətçi tərəfindən şikayətə əlavə edilmiş fotoşəkillərdən nəqliyyat vasitəsinin nə vaxt, harada dayandığını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkillər iş üzrə onun təqsirsizliyini təsdiq edən sübutlar kimi qiymətləndirlilə bilməz. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-315/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-315/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver