Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-316/2021 17.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergilər İdarəsinin Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında tərtib etdiyi inzibati xəta haqqında protokola, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergilər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergilər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəxs MMC-nin fəaliyyət göstərdiyi AZ 2100, ünvan 1 ünvanında yerləşən obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirilmiş və nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs nümayəndəsi məhkəməyə ərizə göndərərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergilər İdarəsi tərəfindən Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 10 noyabr 2021-ci il tarixdə saat 14:40-da ünvan 2 ünvanında "xxxx" MMC-ə məxsus mağazada sanitariya, gigiyena və karantin rejimləri dövründə tələblərin pozulması faktı aşkar edilmişdir. İşdə olan şəkillərdən görünür ki, "xxxx" MMC-nin işçisi və alıcılar tibi maskadan istifadə etmir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəxs MMC-nin fəaliyyət göstərdiyi AZ 2100, ünvan 1 ünvanında yerləşən obyektdə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirilmiş, "xxxx" MMC-nin işçisi X3 və alıcıların tibi maskadan istifadə etməməsi halı müəyyən edilmişdir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və 600 manat məbləğində cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 38, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrinin rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 600 manat miqdraında inzibati tənbeh təyin edilsin və o, 600 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-316/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-316/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver