Məhkəmə qərarları › İş №3(042)-317/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-317/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-317/2022 24.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmişlər X3 və X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gədəbəy rayonu, Arıqdam kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə, saat 17:15 radələrində Gədəbəy rayonunun Arıqdam kəndində ictimai qaydanı pozması və polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrəicraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 Xidmətinə zəng etmiş, döyülməsi barədə məlumat vermişdir. Lakin polis əməkdaşları onun məlumatı ilə maraqlanmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonunun Arıqdam kəndində nalayiq söyüşlər söymüş və ictimai qaydanı pozmuşdur. Bununla əlaqədar zaman polis əməkdaşları hadisə yerinə gəlmişlər. Lakin polis əməkdaşları ilə aralarında narazılıq olmamışdır. Etdiyi əməldən peşmandır. Ona görə də, qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, Şəxs dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 Xidmətinə zəng edərək yalan məlumatlar vermiş və bununla əlaqədar inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə onun müraciəti əsasında təhqiqat işi başlanılmış, ondan izahat alınması zərurəti yaranmışdır. Dəfələrlə izahat verməsi üçün Gədəbəy Rayon Polis Şöbəsinə çağırılmasına baxmayaraq, gəlməmişdir. Şöbənin rəhbərliyi tərəfindən ona Orucovu gətirmək tapşırığı verilmişdir. xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu Arıqdam kəndində olarkən Orucovun kəndin mərkəzində ucadan nalayiq söyüşlər söyməsini eşitmiş və onu şöbəyə gətirmişdir. Bu zaman Orucov onu və digər polis əməkdaşlarını söymüş, onların qanuni tələblərinə tabe olmamışdır. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 eyniməzmunlu izahatlar vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Rüstəm Vahid oğlu dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 Xidmətinə zəng edərək yalan məlumatlar vermiş və bununla əlaqədar 5 dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə onun müraciəti əsasında təhqiqat işi başlanılmış, ondan izahat alınması zərurəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə şöbədə səs-küy eşitmiş, Şəxs polis əməkdaşlarını söyməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 eyniməzmunlu izahat vermişdir. İşdə olan X8 Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:50 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonunun Arıqdam kəndində nalayiq söyüşlər söymüş, ictimai qaydanı pozmuş, polis əməkdaşlarının ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə tabe olmamışdır. Yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və inzibati xəta əməlinin ağırlıq dərəcəsini, onun əvvəllər də bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlanılmanın əvvəli 23 noyabr 2022-ci il tarixdən, saat 19:50-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar