Məhkəmə qərarları › İş №3(042)-317/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-317/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-317/2025 13.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X10, X3 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 iştirakları ilə xx.xx.1962-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsinə dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Bakı Apelıyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2020-ci tarixli icra sənədiləri Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin borclu tələbi tam icra etməmiş, onun tələbkar X5 214 258 manat, tələbkar X1 isə 9500 manat borcu qalmışdır. Borclu Şəxs dəfələrlə borcunu tam ödəməsi təklif edilmiş, lakin o, borcunu ödəməmişdir. Ona görə də o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək, bildirmişdir ki, icra sənədilərinə əsasən tələbkarlar X6, X7 və X2 böyük məbləğlrdə pul verilməlidir. O, tələbkar X4 olan borcunu tam ödəmişdir. Digər tələbkarlara da olan borcundan ödənişlər etmişdir. Lakin xəstəliyi və maddi vəziyyəti ilə əlaqədar borcları tam ödəmək imkanı yoxdur. Bundan sonra da borclarını hissə-hissə ödəyəckdir. Ona görə də icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirmişdir ki, Şəxs ona 214 258 manat borcu vardır. O, borcunun bütövlükdə bağlanılmasını istəyir. Borclunun buna maddi imkanları var. Hazırda borclu bahalı evdə yaşayır. Ev satılarsa o, bütün borclarını ödəyə bilər. Onun başqa şəxslərin adına sənədləşdirilmiş əmlakı da var. Borclu borcundan az miqdarda ödənişlər etməklə əslində həm borcun ödənilməsindən, həm də məsuliyyətə cəlb edilməkdən yayınmaq istəyir. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs X3 eyniməzmunlu izahat verərək, borclunun borcunu tam qaytarmasını tələb etmiş, qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Azəbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, borcun tam ödənilməsi və icra sənədinin yerinə yetirlməsi məqsədilə deyil, məsuliyyətdən yayınmaq üçün borcundan müəyyən ödənişlər etmişdir ki, bu ödənişlərin və borcun miqdarı, o cümlədən, tərəflərin yaşı orta ömür müddəti ərzində borcun tam ödənilməyəcəyini göstərir. Yəni, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və yaşını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehi tətbiq edilməlidir Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar