Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-320/2020 12.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonunu mərkəzində saat təxminən 12:40 radələrində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində tərtib edilmiş inzibati protokol və toplanmış material Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonunu mərkəzində yemək yeyib, spirtli içki qəbul etmişdir. Rayonun mərkəzindən evinə gedərkən bir nəfər şəxsin polis əməkdaşları ilə mübahisə etdiyini görüb, polislərin onu aparmaq istədiyini və bir nəfər qadının ağladığını görüb, polislərə yaxınlaşaraq həmin şəxsin aparılmasına mane olmuş, polis əməkdaşlarının işinə müdaxilə etmişdir. Polislər ona geri çəkilməyini bildirsə də o geri çəkilməmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişdir. O, polis əməkdaşlarının işinə müdaxilə etdiyinə görə əməlindən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. X4 Bakıxan oğlu məhkəmə iclasında bildirdi ki, o, 2004-cü il tarixdən DİO-da xidmətdədir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12:30 radələrində ekipaj yoldaşı polis serjantı X1 ilə birlikdə Gədəbəy şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən adı onlara sonradan məlum olan Gədəbəy rayonu, Söyüdlü kənd sakini Şəxs Gədəbəy RPŞnin DYP-nin əməkdaşları tərəfindən saxlanılan nəqliyyat vasitəsinin sahibi ilə söhbətinə qoşularaq uca səslə qışqıraraq ünvansız söyüşlər söydüyünü və ətrafdakı inşaların diqqətini özünə cəlb etdiyini görüb dərhal ona yaxınlaşaraq özünü təqdim edib Şəxs nizam-intizama dəvət etsələr də içkili vəziyyətdə olan Şəxs onlara nalayiq ifadələr işlədərək “siz kimsiniz? söyüş söyürəm yaxşı edirəm” deyərək hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy RPŞ-nə gətirib növbətçi hissəyə vermişlər. İşdə olan MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonunu mərkəzində saat təxminən 12:40 radələrində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur.s İXM-in 510-cu maddəsi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə inzibati xəta törətmiş şəxsivə şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonunu mərkəzində saat təxminən 12:40 radələrində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bu fakt barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin etiraf edici izahatı, şahid ifadəsi, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:20 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-320/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-320/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver