Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-320/2022 30.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu, Yenikənd kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il-ci il tarixdə ictimai qaydanı pozması və Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır aralarında heç bir ədavət olmamışdır. Zərərçəkmiş şəxs ondan 200 manat borc aldığı üçün xx.xx.2022-ci il tarixdə saat 12:30-da Zərərçəkmiş şəxs yaşadığı evə gedərək borcunu almaq istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və anası Rəna Rüstəmova onu təhqir etmiş evdən qovmuşdur. Bu zaman Rəna Rüstəmova onunla mübahisə edərək qızı Zərərçəkmiş şəxs bir daha narahat etməməsini tapşırmışdır. Lakin o, Zərərçəkmiş şəxs vurmamış, onu nalayiq söyüşlərlə söyməmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN 102 Xidmətinə zəng etmiş, polis əməkdaşları hadisə baş vermiş əraziyə gəlmişlər. Polis əməkdaşları ilə aralarında heç bir mübahisə baş verməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Şəxs onun yaşadığı evə gələrək yumruqla sifət nahiyəsinə vuraraq xəsarətlər yetirmiş, onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Şəxs onun qızı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək yumruqla sifət nahiyəsinə vuraraq, Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş, onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək, bildirmişdir ki, Şəxs barəsində dəfələrlə araşdırma materialı olmuşdur. Barəsində əvvəllər də cinayət işinin başlanılması rədd edilmiş və bir dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs yaşadığı evə gələrək yumruqla sifət nahiyəsinə vuraraq, Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş, onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN 102 Xidmətinə zəng etmiş, o və digər polis əməkdaşları hadisə baş vermiş əraziyə gəlmişlər. Şəxs həmin vaxt ünvansız nalayiq söyüşlər söymüşdür. İşdə olan X5 Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci ill tarixdə, saat 17:20 radələrində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli Cinayət İşinin başlanılmasının Rədd edilməsi Haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün material ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gədəbəy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 659 saylı rəyində Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ gözün bayır bucağının şişkinliyi və sıyrığı KÜT əşyaların təsirindən törənməsi, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlməsi qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmaya xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilməməsi göstərilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, onun həmin xəsarəti özüözünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan xx.xx.2022-ci il tarixli Cinayət İşinin başlanılmasının Rədd edilməsi Haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat cərimə növündə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gələrək yumruqla sifət nahiyəsinə vuraraq xəsarətlər yetirmiş, onu nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Bundan başqa o, təhqiqatla əlaqədar aparılan araşdırma zamanı polis şöbəsinə gəlmiş, və ictimai qaydanı pozaraq, nalayiq söyüşlər söymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və inzibati xəta əməlinin ağırlıq dərəcəsini, onun əvvəllər də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini, zərərçəkmişlə dəfələrlə münaqişə yaratmasını nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən bir ay, yəni, 30 gün müddətə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlanılmanın əvvəli 28 noyabr 2022-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-320/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-320/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver