Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-321/2023 05.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs qızı və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Gədəbəy şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli icra sənədinə əsasən 24 noyabr 2016-cı ildə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-635/2018 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırılaraq hər ay 170 manat miqdarında aliment müəyyən edilmişdir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında dəfələrlə bildiriş göndərilmiş, lakin borclu icra tələbini yerinə yetirməmişdir. Borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə könüllü gəlmədiyi üçün onun barəsində məhkəmə tərəfindən məcburi gətirilmə haqqında qərar çıxarılmış və o, polis əməkdaşları tərəfindən məcburi qaydada Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Hazırda borclunun 1404 manat borcu vardır. Zərərçəkmiş şəxs borcunun ödənilməsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmişdir.Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, o, fərdi təsərrüfatlarda fəhləlik edir. Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənəsinə əsasən 170 manat sabit pul məbləğində alimentin ondan alınaraq, Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. O, aylıq ödənişi tam ödəyə bilmir. Lakin vaxt verilərsə müəyyən məbləği ödəyə bilər. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı izahat verərək bildirmişdir ki, borclu borcunu ödəmir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan 31 may 2023-cü il tarixli, 8(042)-82/2023 saylı qərardaddan görünür ki, Şəxs məcburi qaydada Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qət edilmişdir. Azəbaycan Respublikası İXm-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bələliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmuru və zərərçəkmişi şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, Şəxs icra icraatı ilə əlaqədar icra məmurunun çağırışlarına gəlməmiş, yəni onun çağırışlarına gəlməmiş,onun barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 05 sentyabr 2023-ci il tarixdən, saat 1730-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-321/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-321/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver