Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-322/2020 13.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gədəbəy rayonunun Qaradağ kənində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Leşkər kəndində nalayiq ifadələr işlətməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə barəsində olan araşdırma materialı ilə əlaqədar polis əməkdaşları tərəfindən Gədəbəy Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Bu zaman əsəbləşmiş və ucadan ünvansız söyüşlər söymüşdür. Etdiyi əməldən peşmandır və qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2020ci il tarixdə barəsində olan araşdırma materialı ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman o, kəndin mərkəzində ucadan ünvansız söyüşlər söymüşdür. Ona görə Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X1 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qulu Mustafayev xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Qaradağ kəndinin mərkəzində nalayiq ifadələr işlətmişdir. İşdə olan X5 Haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən X5 müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1.6-ci maddəsinə əsasən inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin etirafedici izahatını və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Qaradağ kəndində nalayiq ifadələr işlətmiş, ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, əməli hərbi vəziyyət elan olunmuş ərazidə törətməsini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 07 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 1600-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-322/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-322/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver