Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-323/2020 13.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Məmmədov Ramin Rövşən oğlunun və X1 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy Rayon Kiçik Qaramurad Poçt Şöbəsinin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Gədəbəy şəhəri ərazisində Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları idarə etdiyi avtomobili saxlamışlar. Lakin həmin vaxt o, heç bir hüquqazidd əməl törətmədiyi üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Bu zaman Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları əraziyə post patrul xidməti əməkdaşlarını çağırmışlar. Əsəbi olduğu üçün polis əməkdaşlarına dediyi sözləri xatırlamır və zərərçəkmişlərdən üzr istəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədov Ramin Rövşən oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə xidmətdə olarkən sonradan tanıdığı Şəxs dönmə əməliyyatını düzgün yerinə yetirməmiş, bu zaman ona saxla işarəsi verilmişdir. Bundan sonra ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsini demiş, lakin Şəxs uca səslə onu və xidmət aparan digər polis əməkdaşı X2 söymüşdür. O, əraziyə post patrul xidmətinin əməkdaşlarını dəvət etsə də Şəxs onlara da tabesizlik göstərmiş, polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. Polis əməkdaşları onu nizam intizama dəvət etsə də, onun və digər polis əməkdaşının tələblərinə tabe olmamış, onları nalayiq söyüşlərlə söymüş, şöbənin iş rejimini pozmuşdur. Ona görə də onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X4 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının məlumatı əsasında hadisə yerində olmuş, bu zaman Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə söyüş söyməsini eşitmişdir. Məhkəmə iclasında dindirilmiş digər şahidlər X5, X6 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 33.1.6-ci maddəsinə əsasən inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatlarını və təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək,belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüş, polis əməkdaşlarının iş rejimini pozmuş, polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, bu əməli hərbi vəziyyət elan olunmuş ərazidə törətməsini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx.xx.2020-ci il tarixdən, saat 1700-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-323/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-323/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver