Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-324/2021 26.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gədəbəy rayonu, Qarıkənd kəndində yaşayan, əvvəllər məhkum edilməmiş, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 25.11.2021-ci il tarixdə Gədəbəy rayonu Qarıkənd kəndinin mərkəzində ucadan ünvansız nalayiq söyüşlərlə söyməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları 25.11.2021-ci il tarixdə X3 Gədəbəy Rayon Polis Şöbəsinə apararkən görmüş və onu hansı səbəbdən apardıqlarını öyrənmək istəmişdir. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Etdiyi əməldən peşmandır və ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək, bildirmişdir ki, 25.11.2021-ci il tarixdə X1 qaydalarını pozması səbəbindən Gədəbəy Rayon Polis Şöbəsinə gətirilərkən Şəxs polis şəbəsinin inzibati binasına gəlmiş, buna etiraz edərək, polis əməkdaşları ilə mübahisə yaratmış, ünvansız nalayiq söyüşlər söymüş və ictimai qaydanı pozmuşdur. Ona görə də barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X2 və X9 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.11.2021-ci il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində ünvansız nalayiq söyüşlərlə söymüşdür. İşdə olan X7 Protokoldan görünür ki, Şəxs 25.11.2021-ci il tarixdə saat 23:55-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Qasımov X6 şəhəri ərazisində nalayiq söyüşlərlə söymüş, ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 5 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Həbsdə saxlamanın əvvəli 25.11.2021-ci il saat 2355-dən hesablansın. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-324/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-324/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver