Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-324/2024 13.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə UNİCAL TEXNİK” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankından UNİCAL TEXNİK” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, şirkət genarator əşyalarının ixracı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən şirkətin xeyrinə 20000 ABŞ dolları avans ödənişi edilməklə ölkəyə mal idxal edilmişdir. Belə iki müqavilələri olmuş və gömrük bəyənnaməsində problemlər olmuşdur. Bununla bağlı Bakı Baş Gömrük İdarəsinə müraciətləri olmuşdur. Aparılmış ödənişlə bağlı ölkəyə mal idxal edilmişdir və hazırda gömrük bəyənnaməsində qeyd edilmişdir. "xxxx" ASC tərəfindən şirkətin xeyrinə aparılmış 20000 ABŞ dolları avans ödənişi xx.xx.2024-cü il tarixdə gömrük bəyənnaməsi ilə tam bağlanmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan 27 noyabr 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC 20000 ABŞ dolları məbləğində vəsaiti 03 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş, 2 il müddət keçsə də, 20000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyinə, valyuta vəsaitini geri qaytarmadığına görə hüquq şəxsin İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə tərtib edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən təqdim edilmiş gömrük bəyənnaməsi və digər sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən ölkəyə mallar idxal edilmiş və "xxxx" ASC tərəfindən verilmiş məktuba əsasən, Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2022ci il tarixində “TEKNİK GUC SİSTEMLERİ HİRD SAN VE DİS TİC LTD STİ” şirkətinin xeyrinə aparılmış 20000 USD (iyirmi min ABŞ dolları) avans ödənişi xx.xx.2024-cü il tarixində təqdim olunmuş **********2940 nömrəli gömrük bəyannaməsi ilə tam bağlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsini dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək qeyd edir ki, , "xxxx" MMC tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaiti müqabilində ölkəyə müvafiq mallar idxal edilmiş, gömrük bəyənnaməsində qeyd edilmiş və avans ödənişi tam bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin, Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-324/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-324/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver