Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-327/2024 28.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və materiallara baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Prokuroru vəzifəsini icra edən Şəmkir Rayon Prokurorunun müavini Anar Haqverdiyevin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə icraatın başlanılması barədə qərarı və əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Gədəbəy Rayon Prokurorluğunun nümayəndəsi X6 qərarı müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, İnəkboğan kənd sakini X10 25 iyun 2024-cü il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Gədəbəy kontrakt sahəsi üzrə Gədəbəy şəhərində yerləşən xidməti sahəsində restoran xidməti göstərən Şəxs MMC-ə məxsus ofisdə iş görən vaxt xəsarət almışdır. Hüquqi şəxs "Nafa Catering” MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X11iu tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərək, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Gədəbəy kontrakt sahəsi üzrə Gədəbəy şəhərində yerləşən xidməti sahəsində restoran xidməti göstərən Şəxs MMMC-ə məxsus ofisdə 2024-cü ilin may ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində mətbəx köməkçisi fəaliyyətinin yerinə yetirilməsinə cəlb etmiş bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Bundan başqa, həmin iş üzrə xx.xx.2024-cü il tarixli 04 nömrəli təcrübə keçməyə dair müqavilədə X5 imzasının saxtalaşdırılması ilə əlaqədar Şəxs MMC-nin vəzifəli şəxslərinin əməlinə hüquqi qiymət verilməsi üçün toplanılmış material aidiyyəti üzrə Abşeron Rayon Prokurorluğuna göndərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Ona görə də Şəxs MMC barəsində qanunda nəzərdə tutulmuş qərarın cıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin bildiriş geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərini nəzərə alaraq, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan X5 izahatından görünür ki, 2024-cü ilin may ayında Şəxsndə menecer vəzifəsində işləyən X8 tərəfindən işə götürülmüş, 2 ay ərzində əmək müqaviləsi olmadan həmin şirkətdə mətbəx köməkçisi işləmiş, aylıq 350 manat əməkhaqqı ona Süleyman Ağayev tərəfindən əlbəəl təqdim olunmuş, gündəlik 8 saatdan artıq işləmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı hüquqi şəxsi tanımır, işə başlayan vaxt "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə götürüldüyü menecer Süleyman Ağayev tərəfindən ona bildirilmişdir. Araşdırma gedişində xx.xx.2024-cü il tarixdə “NAFA Catering" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müddətli əmək müqaviləsi bağlamış, hazırda həmin hüquqi şəxsdə işləməyə davam edir, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2024-cü il tarixii, 04 nömrəli təcrübə keçməyə dair müqavilə bağlamamış, həmin müqavilədə olan imza ona məxsus deyildir. İşdə olan Şəxs MMC-də menecer vəzifəsində işləyən X3 izahatından görünür ki, X10 işə qəbulla bağlı müraciət etmiş, onu təxminən 2024-ci ilin iyun ayının əwəiiərində bir ayiıq sınaq müddəti iiə mətbəx köməkçisi vəzifəsinə işə qəbul etmiş, Orxan Hüseynova aylıq 350 manat əməkhaqqını əlbəəl vermiş, onun işə qəbulu ilə əlaqədar rəhbərliyə məlumat vermiş, lakin onunla əmək müqaviləsinin bağlanması məsələsi şirkətin kadrlar şöbəsinin işi olduğundan həmin işçi ilə müqavilənin bağlanıb-bağlanmamasi barədə məlumatı olmamış, hazırda Orxan Hüseynov Şəxsnə məxsus ofisdə işləməyə davam edir. İşdə olan X4 izahatından görünür ki, o, Şəxs MMC və "xxxx" MMC-nin direktorudur. “Azərbaycan inteneyşnl Mayninq Kompanı Limited” şirkəti ilə bağlanılmış müqaviləyə əsasən həmin şirkətin yemək tələbatı Şəxs MMC tərəfindən təmin olunmalı, Şəxs MMC ilə "xxxx" MMC arasında olan müqaviləyə əsasən "xxxx" MMC ikinci dərəcəli işçiləri təmin etməlidir. Orxan Hüseynovu şəxsən tanımasa belə, həmin işçinin şirkətində işlədiyindən məlumatı olmuş, Orxan Hüseynov “Yeni Dad" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmuş, onu təcrübə keçməyə dair müqavilə əsasında 18 iyun 2024-cü il tarixdə işə götürmüş, onunla əmək müqaviiəsi bağlamamışdır. İşdə olan X9 Xidmətinin 5 iyul 2024-cü il tarixli, 3-17-5/2-43189/2024 nömrəli məktubunun məzmunundan görünür ki, Orxan Hüseynovun adına “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 15 oktyabr 2024-cü il tarixli, 4/1268 nömrəli rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, 04 nömrəli Təcrübə keçməyə dair müqavilənin 3-cü vərəqinin “5.Tərəflərin rekvizitləri” hissəsində “X10” yazılarından aşağı hissədə “imza” qrafasındakı imza X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan X1 Sistemindən Çıxarışdan görünür ki, X10 ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "Nafa Catering” MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Gədəbəy kontrakt sahəsi üzrə Gədəbəy şəhərində yerləşən xidməti sahəsində restoran xidməti göstərən Şəxs MMC-ə məxsus ofisdə 2024cü ilin may ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində mətbəx köməkçisi fəaliyyətinin yerinə yetirilməsinə cəlb etmiş və bununla da Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də ona Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 76, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərardan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-327/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-327/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver