Məhkəmə qərarları › İş №3(042)-329/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-329/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-329/2020 11.12.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, X6 ƏƏSM-nin yanında X8 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 28.10.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 ƏƏSM-nin yanında X8 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 28.10.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslanırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəmkir regional ərazi şöbəsinin MN ******* №-li 28 oktyabr 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, barəmdə 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. MN ******* №-li 28 oktyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar” poçt vasitəsi ilə göndərilmiş və ona 05.11.2020-ci il tarixdə təqdim edilmişdir. Həmin qərar Gədəbəy rayon prokuroru, İ dərəcəli hüquqşünas Əli Babayev tərəfindən barəmdə tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında” qərarı əsasında qəbul edilmişdir. Qərardan görünür ki, “inzibati xəta haqqında iş üzrə icratın başlanması haqqında” qərar X2, X9 və Əsgərov Əli Vəkil oğlunun Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minənədək işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəmkir regional ərazi idarəsinin MN ******* №-li 28 oktyabr 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ciddi qanun pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Gədəbəy rayon prokuroru İ dərəcəli hüquqşünas Əli Babayev tərəfindən qəbul edilmi “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 11 sentyabr 2020-ci il tarixli qərar ona verilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəmkir regional ərazi şöbəsinin MN ******* №-li 28 oktyabr 2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsindən onun xəbəri olmamışdır. Yəni, Gədəbəy rayon Prokurorluğunun 11 sentyabr 2020-ci il tarixli 112C-20 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə DƏMX-nin Şəmkir regional ərazi şöbəsi tərəfindən işə baxılmasının yeri və vaxtı barədə ona məlumat verilməmiş, heç bir təqsiri olmadan onu inzibati qaydada cərimələmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində şikayət verilmiş şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əsgərov Əli Vəkil oğlu izahat verərək, bildirmişdir ki, X6 onu işə götürəcəyini bildirmiş və onu yeni icarəyə götürdüyü kafeyə dəvət etmişdir. Lakin hələ kafedə təmizlik işləri aparılarkən bilmədiyi səbəblərdən kafe işləməmiş və o da işə qəbul edilməmişdir. İş materiallarında olan ƏƏSM-nin yanında X8 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 28.10.2020-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 1000 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə, şahid ifadəsini və işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X1 Rayon Polis Şöbəsinin 24.09.2016-cı il tarixli inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasına şahid dəvət edərək kafenin işləmədiyini sübut etmişdir. ƏƏSM-nin yanında X8 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, X3 təqsirini sübut etməmişdir. Ona görə də şikayət təmin edilməli, ƏƏSMnin yanında X8 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 28.10.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. ƏƏSM-nin yanında X8 Xidmətinin Şəmkir Regional Ərazi İdarəsinin inzibati tənbeh verilmə haqqında 28.10.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar