Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-331/2022 26.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.1971-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonunun Arabaçı kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkarlanması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah aşkarlanmışdır. İşdə olan Cinayət İşinin Başlanılmasının Rədd edilməsi Haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Gədəbəy rayonunun Çiçəkli kənd sakini Şəxs isə bir ədəd lülə hissəsində 4266, uzun qundağının nömrəsi 4266-65, gödək qundağının nömrəsi 4266-65 olan qoşalüləli bir ədəd qoşalülə ov tüfənginin Daxili İşlər Nazirliyinin X1 Baş İdarəsinin silah anbarına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə işdə olan sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah saxlamışdır. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törətmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinməli, bir ədəd lülə hissəsində 4266, uzun qundağının nömrəsi 4266-65, gödək qundağının nömrəsi 4266-65 olan qoşalüləli bir ədəd qoşalülə ov tüfəngi müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin, bir ədəd lülə hissəsində 4266, uzun qundağının nömrəsi 4266-65, gödək qundağının nömrəsi 4266-65 olan qoşalüləli bir ədəd qoşalülə ov tüfəngi müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-331/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-331/2022
26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver